Engadget portalı 2016-cı ilin ən pis qurğularının adını açıqlayıb. Siyahıda smartfonlar, noutbuk, saat və hətta qulaqcıq üçün keçirici yer alıb.
Xeberler.az RYTN-in elektron xəbər xidmətin istinadən məlumat verrir ki, ilin başlıca məyusedici qurğularından biri kimi öz-özünə alışma hallarına görə çoxsaylı şikayətlərin edildiyi Galaxy Note 7 smartfonu qeyd edilir.
Portal Cənubi Koreya istehsalçısının qurğusundan başqa ən pis smartfonlar siyahısına Sony şirkətinin Xperia X Performance modelini daxil edib. Qeyd olunur ki, telefonun Xperia X istehsal xəttindən olan əvvəlki qurğu ilə müqayisədə məhsuldarlığı cüzi yaxşılaşdırılsa da, qiyməti 700 dollar təşkil edir. Yüksək qiymətinə (1,5 min dollar) görə Android Wear sistemli Tag Heuer Connected “ağıllı” saatı da ilin pislənilən qurğular siyahısındadır.
Antireytinqdə, həmçinin baxmadan çap etməyin qeyri-mümkün olduğu sensorlu klaviaturaya malik Lenovo Yoga Book noutbuku da yer alıb. Sensor ekranlı Vinci “ağıllı” qulaqcığı qəribə xarici görünüşünə və üst tərəfində sensorlu displeyin yerləşməsinə görə siyahıya daxil edilib.
Bundan başqa, istehsalı satışa başlayandan 16 gün sonra dayandırılan GoPro Karma pilotsuz uçan aparatı və iPhone 7 qulaqcığı üçün keçirici 2016-cı ilin ən pis qurğusu seçilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri