Previous Next
Bağla

Gələcəyin geyimi və “ağıllı parça”

01-07-2015 12:37
Gələcəyin geyimi və “ağıllı parça”

Jurnalist Melissa Cun Rouli gələcəyin geyimi və "ağıllı" parçalar haqqında fikirlərini bildirib.

Xəbərlər thenetwork.cisco.com saytına istinadən həmin məqaləni təqdim edir. 

Bazarda yeni intellektual aksesuarlar növü peydə olub: nəinki qoşulmuş fitnes və sağlamlıq, həm də digər sahələrdə çevriliş edə biləcək ötürücülük qabiliyyətinə malik “ağıllı” parçadan “ağıllı” paltar istehsal olunub. Həmin materialın protitipi 2012-ci ildə Smart Sessinq konsorsiumu tərəfindən təqdim edilib. Qeyd etmək lazımdır ki, həmin konsorsium dörd il əvvəl Fransada “ağıllı” parçanın hazırlanması ilə məşğul olacaq Cityzen Sciences şirkətini təsis edib.

Mikroötürücülərin birbaşa materiala quraşdırılması bədənin hərarətini ölçməyə və optimal hərəkət istiqamətlərini müəyyənləşdirməyə imkan verir. Cityzen Sciences şirkətilə sıx bağlantısı olan Cityzen Data şirkəti idman-sağlamlıq bazarları üçün məlumat təhlili ilə məşğuldur. Həmin şirkət “ağıllı” parçanın verilənlərinin idarə edilməsi platformunu işləyib hazırlayıb. Google-un keçmiş əməkdaşı, hazırda isə Cityzen Data şirkətinin texnologiyalar üzrə baş direktoru Matias Xerberts əmindir ki, datçikli parça insan bədəninin daim nəzarət altında saxlanılması üçün ideal bir həlldir. Əgər geyindiyimiz kəmər və digər aksesuarlar hərəkət etdiyimiz zaman yerlərini müxtəlif bucaqlar altında dəyişə bilirsə, bədənə sıx oturan paltar daim öz yerində qalır. “Bizim üçün parça zəruri yerlərdə bu və ya digər göstəriciləri ölçəcək datçiklərin yerləşəcəyi bir matrisadır. Cityzen Sciences şirkətinin bir məhsulunu misal gətirək: insanın ürək döyüntüsünü, GPS-mövqesini və sürətini ölçə bilən rəqəmli köynək. Həmin köynəkdə optimal şəkildə təhlil aparmaq məqsədilə EKQ üçün müvafiq datçiklər yerləşdirilmişdir. Bu, datçiklər digər inteqrasiya növlərindən köklü şəkildə fərqlənir” deyə Xerberts qeyd edir.

Bundan əlavə, parça müxtəlif ötürücülərin mərkəzi verilənlərin toplanması mərkəzinə qoşulması üçün istifadə olunur. Xerberts verilənlərin təhlili məsələsinə yaxşı bələddir: Google-da işləyərkən o, Gmail və Google Docs kimi servislərin fəaliyyətinə cavabdeh idi. “Mən “böyük verilənlər” termini gündəmə gəlməmişdən əvvəl verilənlərin emalı ilə məşğul idim”, Xerberts deyir.

Ötürücüləri parçaya yerləşdirmək üçün onlar çox kiçik olmalı, bir neçə dəfə yuyulmaya davam gətirməli və kimyavi elementlərin yenidən doldurulmasını tələb etməməlidir. Cityzen Sciences şirkətinin hazırladığı ötürücülərin uzunluğu bir neçə millimetr təşkil edir. Həm də onlar silikon ilə örtülüb ki, yuyulmaya davam gətirə bilsin. Cityzen Sciences şirkətinin yekun nəticəsi belə olmalıdır: datçikləri o qədər kiçik etmək ki, onları bilavasitə ipə hörmək mümkün olsun. Şirkət bu məqsədə il yarım ərzində nail olmaq niyyətindədir.

İlk olaraq “ağıllı” parça texnologiyalarına idman-sağlamlıq bazarları reaksiya göstərdi. Lakin burada digər sahələr üçün də əla perspektivlər açılır. Məsələn, neftçıxarma və kənd təsərrüfatı sahələrində çalışanların fərdi qoruma vasitələr dəstinə həm də kimyavi maddə və ya digər xarici təsirlər haqqında məlumatlılıq səviyyəsini artırmağa imkan verən geyim də əlavə etmək olar.  “Bu sahənin böyük potensialı var, xüsusən də Fransada. Fransanın yerli qanunvericiliyinə əsasən işverən işçilərin xidməti tapşırıqları yerinə yetirən zaman məruz qaldığı yükləmələrə daim nəzarət etməlidir. Ona görə də, zərərli amillərin müxtəlif səviyyələrini ölçə bilən və hər bir işçi üçün bütün peşəkar fəaliyyəti dövrü ərzində pasport yarada bilən geyimin yaradılması üçün bir sıra imkanlar mövcuddur”, Xerberts belə düşünür. 

Cənubi Koreyada işlənib hazırlanmış başqa bir “ağıllı” parça növü statik cərəyanı daşınan cihazların qidalanması üçün istifadə edə bilir. Bu paltarı geyinən insanların fövqəladə və bütün enerji mənbələrindən məhrum bir şəraitə düşdükləri anda edə biləcəklərini sadəcə təsəvvür edin! “Ağıllı” parça insan sağlamlığının çox vacib olduğu bütün sahələrdə həlledici rol oynaya bilər.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfon vasitəsilə rəngini dəyişən parça hazırlanıb

18-05-2018

Ağıllı gödəkçə təqdim edilib

15-03-2017

“Google” şirkəti sensor ekranlı geyimləri satışa çıxarır

08-06-2015

Ordu üçün texnoloji əlcək

21-08-2017

Aria ilə ağıllı saatları barmağınızla idarə edə biləcəksiniz

25-05-2015

Adidas minlərlə əməkdaşını robotla əvəz edəcək

08-08-2017

Samsung “ağıllı” çamadanlar hazırlayır

05-05-2015

Ağıllı televizor almaq məsləhətdirmi ?

02-02-2016

Özüparçalanan iPhone istehsal ediləcək

23-11-2017

Kiçik implantat xərçəngin müalicəsinin gedişatını izləyə bilir

12-08-2015

3D-printerdə insan dərisi çap edilib

10-05-2018

Sentyabrda ağıllı saat satışa çıxarılacaq

13-07-2015

Yaşlılara özəl ağıllı saat gəlir

27-04-2015

5 ən qeyri-adi ağıllı qurğu

23-07-2015

Bu cihaz fikirlərinizi səsləndirəcək

09-08-2019

Jestlərlə ağıllı saat və smartfonları idarə etmək mümkün olacaq

23-05-2016

Yeni robot yüzlərlə iPhone-u parçalayacaq

20-04-2018

Google batareya istehsal edəcək

12-04-2015

İnsan bədəninin istiliyindən enerji alan saatlar-Video

15-11-2016

HTC ağıllı saatının təqdim olunacağı tarix açıqlanıb

04-12-2015

Qurğunu distant idarə edən ağıllı örtük təqdim olunub

13-08-2015

Havan çirklənəndə rəngini dəyişən ağıllı geyim

28-07-2016

Günün aktual xəbərlərini göstərən ağıllı güzgü

04-02-2016

iPhone 8-in dizaynı necə olacaq?

15-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə