Ötən il Google şirkətinin Advanced Technology And Projects tədqiqat bölməsi qurğuları jestlərlə idarə etməyə imkan verən Soli layihəsini təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu yaxınlarda Google əməkdaşları ideyanı inkişaf etdirərək I/O 2016 proqram tərtibatçıları konfransında bu texnologiya vasitəsilə ağıllı saatların idarə edilməsini nümayiş etdiriblər.
Google Soli layihəsinin əsasını qurğuların yaxınlığında hərəkətləri müəyyənləşdirməyə imkan verən xüsusi radiolokasiya sistemi təşkil edir.
İlk prototiplərdə radarın ölçüsü böyük idi və daim kompüterə qoşulmaq tələb olunurdu. Bu dəfə isə Google mütəxəssisləri radarı ağıllı saatların korpusuna yerləşən kiçik çip şəklində yaratmağa nail olublar. Google Soli vasitəsilə üçölçülü modellər yaratmaq da mümkündür.
Texnologiyanın kommersiya qurğularında tətbiq ediləcəyi tarix barədə hələ ki, məlumat verilmir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri