GTMŞ “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu açır

06-10-2009 / 09:28

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə “Jurnalistlər üçün düşərgə” adlı təlim kursu keçirilməsini planlaşdırır. Düşərgədə əsasən gəncliklə bağlı yazılar yazan və bu sahəyə maraq göstərən jurnalistlərin iştirakı nəzərdə tutulub.

Təlim kursunun açılış mərasimi Quba  rayon olimpiya kompleksində keçiriləcək.
Açılış mərasimində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili, Fuad Muradov, Quba rayon icra hakimiyyətinin başçısı  Rauf Həbibov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edəcək.

Təlimin gedişat müddətində gənc jurnalistlərə Azərbaycanın media sahəsində kifayət qədər tanınmış ekspertlər tərəfindən mühazirələr deyiləcək. İnterraktiv və innovativ təlim metodlarından istifadə edilərək gənclərin bu sahədəki bilik və bacarıqları təkmilləşdirilməyə çalışılacaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə