Samsung barmaq izi sensoruna sahib telefon hazırlayır

21-05-2015 / 15:45

Cənubi Koreyalı şirkət Galaxy A modelinin yeni versiyasını hazırlamağı qərara alıb.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, SM-A800 model nömrəsinə sahib olan Galasy A8  bəzi özəlliklərinə görə ən güclü ağıllı telefonlardan biri olacaq.

5.7 düymlük Super AMOLED ekrana sahib olan  Galaxy A8-in home düyməsində barmaq izi sensoru olacaq.

64-bit səkkiz nüvəli Snapdragon 615 prosessorundan gücünü alan Galaxy A8-də 2GB RAM artırıla bilər. Bundan əlavə telefonun 16GB daxili saxlama, 16MP arxa kamera, 5MP ön kamera, 4G LTE dəstəyi, Android 5.0 əsaslı TouchWiz istifadəçi interfeysi və 3.050mAh tutumlu batareyaya sahib olacağı bildirilib.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə