Hesab.az– dan tələbələrə təcrübə imkanı

11-03-2019 / 11:58

Fevralın 28-də ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında “Karyera yarmarkası” təşkil olunub. “Karyera həftəsi”ndə ümumilikdə 12 dövlət və 100-dən çox özəl qurum məşğulluq bazarında olan iş yerlərini təqdim edir.

Xeberler.az  bildirir ki, “Karyera yarmarkası”-da təmsil olunan dövlət qurumları və özəl şirkətlər ADA-nın tələbə və məzunları üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb, onlara uğurlu karyera barədə məsləhətlər verib və işçi qüvvəsi axtarıblar. Hesab.az  həmişə təhsil, karyera ilə bağlı layihələrə maraqla yanaşmış, yaxından iştirak etmişdir.

“Karyera yarmarkası”- da iştirak edən Hesab.az əməkdaşları öz iş təcrübələrini iştirakçılar ilə bölüşdülər və onların  suallarını cavablandırdılar. Eyni zamanda Goldenpay şirkəti – Hesab.az saytında tələbələr üçün Sosial Media, Məhsulların inkişafı, İT, Maliyyə, İnsan Resursları, Dizayn, Marketinq sahələri üzrə təcrübə proqramlarına qoşulmaq imkanı yaratdı. Tələbələr öz məlumatlarını daxil edərək müraciət anketləri doldurdular. Tələbələrə yaddaş kartı, qeyd dəftərçələri və sair hədiyyələr verildi. Qeyd edək ki, hazırda müxtəlif şöbələr üzrə 3 aylıq təcrübə proqramı ilə Hesab.az –da təcrübə keçmiş tələbə və ya məzunlardan artıq Hesab.az komandasının üzvləri olanlar  var.

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.