Hesab.az tələbələr üçün növbəti dəfə seminar təşkil edib

20-11-2019 / 11:38

Xeberler.az bildirir ki, Hesab.az onlayn ödəniş portalı tələbələr üçün növbəti seminarını  həyata keçirib. Qeyd edək ki, hər zaman gənclərin təhsil və şəxsi inkişafına dəstək olan Hesab.az onlayn ödəniş portalı dəfələrlə faydalı ödənişsiz təlim, seminarların təşkil olunmasında iştirak etmiş, sosial tədbirlərə dəstək olmuşdur.

Bu dəfəki seminar, GoldenPay şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar və GoldenPay şirkətinin layihə rəhbəri, fəlsəfə elmləri doktoru Fəxri Hüseynovun iştirakı ilə SABAH qrupu tələbələri üçün Marketinq planı necə hazırlanmalı? və Start-upın yaradılması mövzusunda Bakı Dövlət Universitetində baş tutdu.

Seminarda marketinqin strateji planlaşdırılması, rəqabət mühitinin təhlili, müştələrin təhlili, rəqiblərin təhlili, bazar məqsədlərinin seçilməsi, xidmətlərə və müştərilərə münasibətdə üstünlük əsasında rəqabət haqqında danışıldı. Eyni zamanda, startapların əsas mərhələsi, layihələrin hazırlanması və maliyyə vəsaitlərinin cəlb edilməsi,
iştirakçılara öz bizneslərini inkişaf etdirməkdə donor təşkilatların rolu haqqında geniş məlumat verilib.Gənclərin suallarını cavablandıran Hesab.az əməkdaşları, onlara dəyərli məsləhətlər də veriblər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.