Previous Next
Bağla

AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

31-10-2024 10:40
AYİB-in dəstəyi ilə İKTA əməkdaşları üçün təlim keçirilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Competition Safeguards” layihəsi  çərçivəsində növbəti təlim keçirilib.

Xeberler.az məlumat verir ki, 2023-cü ilin sentyabrından silsilə şəklində təşkil edilən təlimlər “Salience Consulting” şirkətinin nümayəndələri tərəfindən həyata keçirilir və bu müzakirələrdə ümumilikdə İKTA-nın 40-dan çox əməkdaşı iştirak edib.

Ümumilikdə layihə çərçivəsində 3 istiqamətdə – Bazar təhlili metodologiyası, Sabit genişzolaqlı bazar araşdırması və Mobil bazar araşdırmaları həyata keçirilib, eyni zamanda metodologiya hazırlanıb.

AYİB tərəfindən dəstəklənən bu təlimlər İKTA-nın potensialını gücləndirməklə yanaşı, yeni tənzimləmə çərçivəsinin formalaşdırılmasında, eyni zamanda rəqabət səviyyəsinin təhlili və müəyyən edilməsi üçün metodologiyanın hazırlanmasında agentliyin fəaliyyətinə yardımçı olacaq.

İKTA-nın potensialının artırılması xüsusi prioritet olaraq lisenziyalaşma, şəbəkəyə giriş, spektr idarəçiliyi və bazar təhlili kimi konsepsiyaların həyata keçirilməsi üçün praktik tədbirlərə imkan yaradır.

Bu təlimlər, eyni zamanda İKTA-ya bazar təhlilini aparmasına dəstək verməklə məlumat toplanması qaydalarının hazırlanmasına, onların təhlili və tətbiqinə, eləcə də qabaqcıl telekommunikasiya tənzimlənmə çərçivəsinə uyğunlaşdırılmasına imkan verəcək.

Bazar təhlili metodologiyasının hazırlanaraq tətbiq edilməsi telekommunikasiya sektorunda effektiv rəqabət mühitinin formalaşmasına mühüm təsir edən amillərdən hesab edilir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İKTA-da jurnalistlərə təlim keçirilib

19-07-2025

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İKTA əməkdaşları Riqada keçirilən SEWG görüşündə iştirak ediblər

21-11-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

Azərbaycan və ABŞ əməkdaşlığı genişləndirir

20-11-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

12-06-2023

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə