“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

27-04-2021 / 12:12

Azərbaycanda daha 5 dövlət qurumunun “Hökumət buludu”na (“G-cloud”) keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-dən Xeberler.az-a bildirilib ki, MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir. Bu dəfə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Auditorlar Palatası və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşlər təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid aktlaşdırma, audit, ehtiyat mərkəzində keçidlərin yoxlanması, resurslar və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, cari ildə “Hökumət buludu”na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq.

 

 

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə