Previous Next
Bağla

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024 13:53
“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

COP29 çərçivəsində Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva rəqəmsallaşmanın və innovasiyaların dayanıqlı tətbiqi ilə qurumun son iki ildə ətraf mühitin qorunmasına müsbət töhfə verən rəqəmsal məhsullar ərsəyə gətirdiyini bildirib.

Sonra İRİA sədrinin müavini Şahin Əliyev Azərbaycanın rəqəmsal inkişaf strategiyasının vektorları, əldə edilən nailiyyətlər və yaxın perspektiv üçün qarşıda duran məqsədlərdən danışıb. O, rəqəmsallaşmada əməkdaşlığın önəmini vurğulayaraq, bu prosesin böyük miqyasda reallaşması üçün digər dövlət qurumları ilə intensiv koordinasiyanın vacibliyini diqqətə çatdırıb.

“Kağızsız Hökumət”in iqlim fəaliyyəti kontekstində əhəmiyyətinə toxunan Agentlik rəsmisi növbəti 3 ildə qurumlararası əməliyyatların 80 faizinin rəqəmsal mühitə keçidi istiqamətində böyük işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Növbəti 3 ildə ‘mygov’ üzərindən 10 həyat hadisəsinin aktiv edilməsi, ölkə üzrə ‘digital.login’dən istifadənin, habelə hökumət xidmətləri üçün ödənişlərin 100%-ə çatdırılması hədəflənir ”, - deyə Şahin Əliyev qeyd edib.

İRİA-nın sədrinin müavini Rəşad Xalıqov isə Azərbaycanın rəqəmsal hökumət məhsullarının ətraflı təqdimatı ilə çıxış edib. O, təqdimatında bu rəqəmsal həllərin xüsusilə ətraf mühitin qorunmasına verdiyi töhfələrə diqqət çəkib. Bildirib ki, “digital.bridge” Milli Məlumat Mübadilə sistemi kağız istifadəsini azaldır, effektivliyi artırır və rəqəmsal dövlət xidmətlərini daha da əlçatan edir. O, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə ildə 2000, “digital.bridge” sayəsində isə ildə 10 min ağacın qorunduğunu qeyd edib. “mygov” haqqında da danışan R. Xalıqov bu platformanın vətəndaşmərkəzli rəqəmsal xidmət olduğunu vurğulayıb.

Tədbirin interaktiv hissəsində İRİA sədrinin müşaviri Salar İmaməliyevin moderatorluğu ilə İsrail Aerokosmik Sənayesi təşkilatının regional direktoru, marketinq və biznesin inkişafı üzrə menecer Dani Paslevin iştirak etdiyi panel sessiyası baş tutub. Müzakirələr zamanı İsrailin qabaqcıl kosmik texnologiyasının Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının görüntülənməsində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

22-11-2024

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

“Digital Bridge”-də 1 milyarddan çox tranzaksiya həyata keçirilib

13-12-2024

Rəşad Xalıqov: "Rəqəmsal sənəd mübadiləsi hər il təxminən 2 min ağacı xilas edəcək"

04-09-2024

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

Afrika ölkələri ilə rəqəmsal sahə üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025

İnarə Vəliyeva: Rəqəmsal Sənəd Dövriyyəsinin məqsədi ətraf mühitə və ekoloji dayanıqlılığa müsbət təsirləri artırmaqdır

04-09-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

"Digital Bridge" üzərindən 500 milyondan çox tranzaksiya həyata keçirilib

04-12-2024

Rəşad Xalıqov: Milli Elektron Hökumət Platformasında 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb

04-09-2024

İRİA: "Türkiyə ilə rəqəmsal sənəd dövriyyələrinin inteqrasiyasını planlaşdırırıq"

13-12-2024

Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

21-11-2025

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

10-01-2024

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

"digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirilib

13-12-2024

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025

“DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyası qurulacaq

11-03-2024

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

12-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə