Previous Next
Bağla

İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

22-11-2024 20:58
İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində İRİA sədrinin müşaviri Salar İmaməliyev və “Israel Aerospace Industries” korporasiyanın regional direktoru, marketinq və biznesin inkişafı üzrə meneceri Dani Paslevin iştirakı ilə panel sessiya keçirilib.

Xeberler.az məlumat verir ki, panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev “Israel Aerospace Industries”in COP29-da iştirakının qurumun Azərbaycanla münasibətlərinin dinamik inkişafının göstəricisi olduğunu bildirib. “Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir”, - deyə Salar İmaməliyev əlavə edib.

Daha sonra Dani Paslev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Qeyd edib ki, “Israel Aerospace Industries” müdafiə, kosmik və aviasiya sənayesi üçün həllərin istehsalı və işlənməsi sahəsində ixtisaslaşır. D.Paslev aerokosmik və müdafiə sənayesində ənənəvi olaraq istifadə edilən innovativ həllərin Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının təhlili kimi sahələrdə tətbiqinin mümkünlüyünə diqqət çəkib. “Bizim İRİA ilə tərəfdaşlığımız ilkin mərhələdə sadəcə innovasiyanın dəstəklənməsi deyil, həm də qlobal bazara inteqrasiya olunacaq rəqabətədavamlı texnologiyaların yaradılması deməkdir. Əminik ki, dayanıqlı inkişaf və biznesin artımı dünya üçün əhəmiyyətli həllər yaradaraq yanaşı gedə bilər”, - deyə Dani Paslev vurğulayıb.

Paneldə müzakirə olunan əhəmiyyətli mövzulardan biri də “Israel Aerospace Industries” korporasiyasının İsraildə reallaşdırdığı və “CyITS” mərkəzinin (Cyber Intelligent Transportation System) təşəbbüsü əsasında işləyən “ağıllı” nəqliyyat laboratoriyasının Azərbaycanda da yaradılması təklifi olub. Belə ki, “CyITS” intellektual nəqliyyat şəbəkələrində kibertəhlükəsizliyi təmin edən qabaqcıl tədqiqat və sınaq mərkəzidir. Bu cür mərkəzin konsepsiyasının Azərbaycanın ehtiyaclarına görə uyğunlaşdırılması ölkənin nəqliyyat infrastrukturunun möhkəmləndirilməsinə və onun kiberdayanıqlılığının inkişafına kömək edəcək. Bu təşəbbüs çərçivəsində İsrail korporasiyanın texnologiyalarından istifadə vahid İnnovasiya Mərkəzi vasitəsilə əlaqələndiriləcək. Bu, davamlı inkişafın dəstəklənməsi, yeni iş yerləri və tədqiqat mərkəzlərinin açılması üçün geniş imkanlar yaradacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

İRİA ilə “Telecom Italia” arasında Anlaşma Memorandumu imzalanıb

19-03-2025

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb

17-12-2025

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025

Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

21-11-2025

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

“Xsolla” və Azərbaycanın aparıcı oyun studiyaları arasında görüş keçirilib

13-03-2025

“Brainport” mərkəzinin innovativ fəaliyyət istiqamətləri Azərbaycanda tətbiq oluna bilər

18-09-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub

03-10-2023

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

İRİA və AKM komandaları CIDC 2025-də ilk onluqda qərarlaşıb

11-10-2025

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub

02-10-2023

“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

06-10-2023

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə