Sony şirkəti mobil qurğular üçün nəzərdə tutulmuş dünyada ilk 16 meqapikselli fotokamera təqdim edib.
Xeberler.az-ın RİTN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Foto-komplektin əsas hissəsini 16,41 meqapiksel effektiv təsvir ölçülü yeni Exmor R matrisası təşkil edir. Yeni kamera saniyədə 30 kadr tezliyində HD video-çarxlar (1080p) çəkmək imkanına malikdir. Bu zaman 720p formatında lentə alınmış çarxların tezliyi, saniyədə 60 kadr olacaq.
Bundan əlavə Sony tərəfindən həmçinin mobil telefonlar üçün ən kiçik kamera təqdim olunub. Onun modulunun ölçüləri 8,5 x 8,5 mm., qalınlığı isə 5,67 mm. təşkil edir. IU105F2 modulu 8 meqapikselli matrisa ilə birgə telefonlarda quraşdırılacaq.
Yeni kameraların 2011-ci ildə kütləvi istehsalına başlanacağı planlaşdırılır. 16 meqapikselli kameranın nümunə modelinin qiyməti fotokamera modulu ilə komplektdə 120 ABŞ dollarına bərabər olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri