“İdman Azərbaycan”ın rəsmi açılış mərasimi keçiriləcək

30-01-2009 / 17:42

 

  Fevralın 1-də saat 16.00-da Bakı İdman Sarayında “İdman Azərbaycan” telekanalının rəsmi açılış mərasimi keçiriləcək. Bu barədə məlumatı xeberler.az-a AzTV-nin mətbuat xidmətindən veriblər.Təntənəli açılış mərasimi Azərbaycan Televiziyası (AzTV) və “İdman Azərbaycan”la canlı yayımlanacaq.

  Fevralın 1-dən başlayaraq, “İdman Azərbaycan” televiziya kanalı öz veriliş və proqramlarını gündüz saat 12-dən gecə saat 3-dək tamaşaçılara təqdim edəcək. Rəsmi açılış mərasiminin ardınca tamaşaçılar “İdman Azərbaycan” telekanalında Boks üzrə Azərbaycan çempionatının oyunlarını izləyə biləcəklər.
  Qeyd edək ki, yanvarın 1-dən “İdman Azərbaycan” kanalı sınaq yayımı ilə efirə çıxır.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə