Previous Next
Bağla

İflici qabaqcadan təxmin edə bilən sensor

27-01-2015 12:35
İflici qabaqcadan təxmin edə bilən sensor

Texnologiya deyiləndə ilk ağıla gələn ağıllı telefonlar olsa da, markalar fərqli sahələrdə də işlərinə sürətlə davam edir.

Samsung-un araşdırma-inkişaf mərkəzindən son çıxan texnologiyalar arasında yerini alan EarlyDetection Sensor & AlgorithmPackage (EDSAP) adına sahib bu sensor gələcəkdə yaşana biləcək iflic riskini əvvəldən təsbit edib xəbərdarlıq edir.

EDSAP necə işləyir?

EDSAP layihəsində istifadə olunan cihazlar sayəsində beyin dalğalarınız izləməyə alınır və bu məlumatlar Samsung-un inkişaf etdirdiyi bir alqoritm ilə başa düşülən məlumatlara çevrilərək şərh olunur. Sizin etməniz lazım olan isə ağıllı telefonu bu sistemə bağlayaraq alqoritmin çıxardığı nəticələri görməkdir.

Proqramı çalışdırmağınız ilə ortalama bir dəqiqə içərisində sizə məlumatlar təqdim edən bu sistem eyni zamanda yuxu rejiminizi və stressli anlarınızı da göstərir. Samsung inkişaf etdirdiyi bu sistem rahatsızlıq və ya risk vəziyyətində insanların həkimə getməsini vurğulayır.

 

                                                                                           Sevil Rəsulzadə 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə