İnsanlar telefon seçimi edərkən bəzi məqamlarda çətinlik çəkirlər. Bəzi istifadəçilər ağıllı telefonları yüksək performanslı prosessor, ekran xüsusiyyəti və ya keyfiyyətli fotoşəkillər çəkən kameraları üçün seçirlər. Bir çox istifadəçi kütləsi isə cihazların batareyasının uzun müddət davam gətirib-gətirməməsi ilə maraqlanır. Ağıllı telefonlar fərqli təchizatları və güclü batareyaları ilə bu sahədə bir-birlərindən fərqlənir.
Xeberler.az xarici mətbuata istinadən batareyası uzun müddət davam gətirən gətirən 10 ağıllı telefonu təqdim edir:
Motorola DROID Turbo
Ağıllı telefon istifadəçilərininən çox seçimi olan Motorola DROID Turbonun 3900 mAh tutumlu batareyasının istifadə müddəti 10 saat 42 dəqiqədir.
Sony Xperia Z3
100 mAh tutumlu batareya ilə 9 saat 29 dəqiqəlik batareya ömrü təqdim edir.
Samsung Galaxy Note 4
5.7 düymlük nəhəng ekrana sahib olan telefonu 3220 mAh tutumlu batareyası ilə 8 saat 43 dəqiqə müddətində istifaə edə bilərsiniz.
Xiaomi Mi 4
Cihaz 3080 mAh tutumlu batareya ilə 8 saat 32 dəqiqəlik istifadə dəyərinə malikdir.
Google Nexus 6
3220 mAh tutumlu batareyası testlərdə 7 saat 53 dəqiqə istifadə imkanı təqdim edir.
Samsung Galaxy S6
2550 mAh tutumlu batareya ilə testi 7 saat 14 dəqiqədə tamamladı.
Huawei P8
Cihaz 2680 mAh tutumlu batareya ilə testdə 7 saat 12 dəqiqə ərzində çalışa bildi və cədvəldə Galaxy S6-dan sonra dərhal yerini aldı.
Apple iPhone 6 Plus
2915 mAh tutumlu batareya iPhone 6 Plus-u 6 saat 32 dəqiqədə təmin etdi. Apple-ın sonrakı iPhone modellərində batareya tutumunu bir miqdar artırması lazımdır.
HTC One M9
HTC One M9-un 1080p keyfiyyətli ekrana sahib olmasına baxmayaraq, 2840 mAh tutumlu batareya ilə testdə 6 saat 25 dəqiqəlik iş müddətinə çalışdı.
LG G4
Son günlər haqqında ən çox danışılan cihazlarından biri olan G4 3000 mAh tutumlu batareya ilə 6 saat 16 dəqiqə çalışa bildi. HTC One M9 və iPhone 6 Plus ilə bənzər səviyyədə batareya gücünə malik olduğunu söyləyə bilərik.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri