Samsung Galaxy S7 necə olacaq?

23-12-2015 / 20:25

Samsung Galaxy S7-nin xüsusiyyətləri açıqlanıb.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Samsung-un 2016-cı ildə bazara çıxaracağı Galaxy S7-nin parametrləri müəyyən olub.

Ağıllı telefon sektorunun nəhəng telefon istehsalçılarından biri olan Samsung bazara təqdim etdiyi telefonların ardından yeni Galaxy S7-nin xüsusiyyətlərini göstərən siyahı təqdim edib.

Belə ki,  Galaxy S7 telefonu 143.4 x 70.8 x 6.9 mm ölçülərə sahib olacaq.

 Bu ölçüləri nəzərə alsaq,  telefonun incə və böyük bir telefon olacağı gözlənilir.

Ekran / Görüntü-5.1 inch Super-AMOLED ekrana sahib olacaq Galaxy S7 1440 x 2650 piksel çəkiliş dəqiqliyinə sahib olacaq.

Telefonun Quad HD və ya 2K çəkiliş dəqiqliyinə sahib olacağı deyilir.

Əməliyyat Sistemi- Samsung Galaxy S7-nin Android Marshmallow 6.0 əməliyyat sisteminə sahib olacağı müəyyənləşib.

Prosessor: Samsung səlahiyyətliləri tərəfindən söylənən fikirlərə görə, Galaxy S7, Qualcomm Snapdragon 820 və Samsung Exynos 8890 prosessorlara sahib olacaq.

Telefonda istifadə olunan bu iki prosessorun da 8 ədəd (çəyirdəyi) var.

RAM-Samsung-un Galaxy S7-də 4 GB RAM istifadə edəcəyi gözlənilir.

Kamera-Kamera mövzusunda son dərəcə iddialı olan Samsung yeni admiral gəmisində kamera xüsusiyyətləri olduqca inkişaf etdirib.

20 megapiksel arxa kameraya sahib olması gözlənilən Samsung Galaxy S7 (əvvəlki məlumatlara görə 25 MP kameraya sahib olması gözlənilirdi), Sony Xperia Z5-ə oxşar olaraq 4K video çəkəbilmə xüsusiyyətinə və cüt ədəd LED flaşa sahib olacaq.

Ön kameranın 8 meqapiksel olması gözlənilir və hələlik ön kameranın flaş xüsusiyyətinə sahib olacağı  da iddia edilir.

Batareya Tutumu- Batareya tutumunda Galaxy S7 3500 mAh tutumlu batareya yerləşdirəcək.

Galaxy S7-nin digər bir çox ağıllı telefon modeli kimi 16, 32 və 64 GB-lik modellərinin satışa çıxarılacağı gözlənilir. Samsung ağıllı telefonda son dərəcə əhəmiyyətli olan microSD kart girişinin də olacağını bildirib.

Digər xüsusiyyətlər-Samsung Galaxy S7-nin yuxarıdakı  xüsusiyyətləri ilə yanaşı , barmaq izi oxuyucusu sensora sahib olması, 3D Touch-a bənzər Force Touch-a sahib olması və ön və arxa tərəflərində Corning Gorilla Glass 5-in olması gözlənilir.

Böyük bir ehtimalla bu xüsusiyyətlərə sahib olacaq olan Galaxy S7-nin özündən bir əvvəlki modeli olan S6-a bənzəyəcəyi deyilir.

 Mütəxəssislərin fikrincə, telefonun yeni modeli daha inkişaf etmiş performansa, daha yaxşı kameraya və daha çox xüsusiyyətə sahib olacaq.

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə