Previous Next
Bağla

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019 17:42
İİTKM-in KOBİA-da təqdimatı baş tutub

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq əməkdaşlar üçün təqdimat keçirilib.

Tədbirin keçirilməsində məqsəd KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işinə daha yaxından cəlb edilməsidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Mehman Abbas tədbiri açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsindəAzərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün əlverili şərait yaranıb:

“KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsilsilçiliyi bu sahədə aparılan islahatlara daha yaxından töhfə vermək imkanı yaradacaqdır.”

İİTKM-in analitiki Nərmin Kazımlı işçi qruplarında təmsil olunan 14 nümayəndəyə Komissiyanın işi və Azranking.az portalı barədə ətraflı məlumatlar təqdim edib.

Həmçinin ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın tərkibində təmsil olunan işçi qruplarının fəaliyyəti barədə məlumat verilib, işçi qruplarının səmərəli fəaliyyətinin, onlar tərəfindən irəli sürüləcək təklif və təşəbbüslərin ölkədə sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb.

Eyni zamanda, İşçi Qruplarının 2019-cu ilin ikinci yarım illiyi üzrə təsdiq edilmiş “İcra və Kommunikaisya Planları”nda KOBİA nümayəndələri ilə birgə fəaliyyətin təmin edilməsi tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

N.Kazımlı həmçinin Portalın funksionallığı, eyni zamanda “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı Agentliyin nümayəndələrinə ətraflı məlumatlar təqdim edib. Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətinin rəqəmsal təşkili üçün yaradılıb.

Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Təqdimatın sonunda işçi qruplara cəlb ediləcəck əməkdaşların təklif və fikirləri qeydə alınıb, həmçinin yaranan suallar cavablandırlıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

"ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib

20-09-2024

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsinə dair hesabat hazırlanıb

23-04-2025

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

Anonimləşdirilmiş məhkəmə qərarları Vahid Məhkəmə Portalına yerləşdirilib

28-04-2025

Rəqəmsal Təqvim elektron sistemi istifadəyə verilib

19-09-2019

ESG üzrə vahid rəqəmsal platforma konsepsiyasının təqdimatı keçiriləcək

16-09-2024

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Müflisləşmə ilə bağlı müqavilə və orderlərin verilməsi elektronlaşıb

05-06-2025

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

Müflisləşmə barədə iddia ərizələrinin elektron formada məhkəməyə göndərilməsi mümkün olub

04-06-2025

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

“Ticarət informasiya portalı” gələn ildın tam fəaliyyətə başlayacaq

27-12-2024

“Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib

25-02-2023

KOB-ların rəqəmsallaşma və yaşıl keçid üzrə şəbəkələşməsi genişləndiriləcək

13-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə