Previous Next
Bağla

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019 12:24
Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Biznes mühitinin əlverişliliyinincartırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planın müzakirəsi həyata keçirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, plan üzrə yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıdılması, elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi üzrə işlər 2019-cu ilin ikinci yarımilində də davam etdiriləcək. Müzakirə zamanı həmçinin qeyd olunub ki, sahibkarlıq subyektləri ilə iş Planın prioritet istiqamətlərindəndir. Belə ki, 2019-cu ilin birinci yarımilliyində yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim/görüşlərin nəticələri təhlil olunacaq.

Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq. Həmçinin biznesə başlama sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı hazırlanacaq. Görülən işlərlə bağlı aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və aparıcı kütləvi informasiya vasitələri, eləcə də digər media qurumları ilə intensiv əməkdaşlıq ediləcək.

Qeyd edək ki, “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planın icrasında İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “KPMG Azerbaijan Ltd”, “Ekvita” “Ernstamp; Young Azerbaijan”, “PricewaterhouseCoopers Azerbaijan”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, Bakı Hüquq Mərkəzinin nümayəndələri iştirak edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

27-08-2019

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019

Rəqəmsal inkişaf planı üzrə görüş keçirilib

19-05-2026

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

04-11-2020

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə