Previous Next
Bağla

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019 11:49
Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatlar çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları intensiv fəaliyyət göstərir.

Xeberler.az  bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, Prezidentin tapşırıqlarına uyğun olaraq işçi qrupları islahatların icrası və kommunikasiya planlarının həyata keçirilməsini təmin edirlər. Xüsusən də, “Doing Business” hesabatının bütün indikatorları üzrə islahatların uğurla həyata keçirilməsi müşahidə edilir. Prezident İlham Əliyevin qəbul etdiyi fərman və sərəncamlar əsasında son aylar ərzində təkcə “Doing Business” hesabatı üzrə 20-dən artıq islahatın həyata keçirilməsi təmin edilib.

Prezident İlham Əliyevin siyasəti nəticəsində dünyada “ən islahatçı ölkə” statusuna yüksələn Azərbaycanın növbəti ildə də bu statusu qoruması gözlənilir. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatarlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılır.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İslahat İcmalı”nın xüsusi buraxılışları ilə əldə olunan nailiyyətləri həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İqtisadi islahatların komunikasiyası çərçivəsində dövlət qurumları ilə yanaşı, həm də beynəlxalq təşkilatlar, sahibkarlar və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təkcə bu ilin əvvəlindən 50-dən çox tədbir keçirilib. 

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradıdılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

20-04-2021

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni Video icmal təqdim edəcək

25-02-2019

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

İslahat İcmalı elektron məhkəmə islahatlarına həsr olunub

13-02-2019

Onlayn vahid ixrac ərizəsi dövlət qurumlarına təqdim olundu

31-01-2019

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

İKTA-da təcrübəçilərə beynəlxalq reytinqlərlə bağlı təlim keçilib

27-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə