Previous Next
Bağla

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022 11:03
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının işçi qruplarının 2021-ci il üzrə Fəaliyyət Planlarının monitorinq və qiymətləndirilməsi nəticələri və 2022-ci il üzrə qarşıda duran vəzifələrin müzakirəsi həyata keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə 2021-ci ilin monitorinq və qiymətləndirmə nəticələrinə əsasən, icrası başa çatdırılmamış tədbirlər və monitorinq qrupları tərəfindən tövsiyə olunan digər müvafiq tədbirlərin 2022-ci ilin fəaliyyət planlarına salınması məsələləri müzakirə edilib. Eyni zamanda, əsas icraçı və digər icraçı qurumlar arasında koordinasiyanın səmərəliliyinin artırılması, işçi qrupların üzvləri arasında kommunikasiyanın daha da gücləndirilməsi vurğulanıb. Müzakirə zamanı qeyd edilib ki, Dünya Bankı Qrupunun yeni “Əlverişli biznes mühiti (Business Enabling Environment)” layihəsi üzrə müvafiq sahələrdə ilkin diaqnostikanın aparılması və zəruri tədbirlərin müəyyənləşdirilərək Komissiyanın aidiyyəti işçi qruplarının 2022-ci il üzrə fəaliyyət planları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına, dövlət-biznes dialoqunun rəqəmsal platforma üzərində təşkilinə xidmət edən kompleks tədbirlər müzakirə edilib. Tədbirdə müxtəlif dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edib.

Qeyd edək ki, 2021-ci il üzrə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 35-dən çox dövlət qurumu, 16 fəaliyyət planı çərçivəsində 585 tədbir həyata keçirib. 20-dən artıq normativ hüquqi akt qəbul olunub, elektron xidmətlər təkmilləşdirilib və biznes mühitinin əlverişliliyi artırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

28-01-2025

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

24-09-2021

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019

“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib

25-07-2024

“Texnologiya və innovasiyalar” işçi qrupunun birinci yarımil üzrə fəaliyyətə dair növbəti iclası keçirilib

21-07-2024

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun iclası keçirilib

30-06-2025

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019

Azərbaycanda avtomobil icarəsi ilə bağlı portal yaradıla bilər

24-09-2024

“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər müzakirə olunub

02-10-2024

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025

Rəqəmsal İnkişaf Nazirliyinin növbəti ilə Fəaliyyət Planı müzakirə ediləcək

20-12-2021

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

24-12-2024

Rəqəmsal Təqvim elektron sistemi istifadəyə verilib

19-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə