Previous Next
Bağla

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018 16:33
İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) 247 nömrəli tam orta məktəbdə İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib.

Xeberler.az bildiri ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri Məlahət Həsənova və Hikmət Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, BŞTİ- nin struktur bölmə rəhbərləri, məktəb direktorları və valideynlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə məktəbin direktoru Nihal
Hacıyeva qonaqları salamlayaraq tədbirin təşkil olunmasının mahiyyəti barədə məlumat verib.

Qeyd edib ki, tədbirin keçirilməsinin əsas məqsədi valideynlərlə bu mövzuda məqsədyönlü söhbət aparmaq, informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydalarını şagirdlərə aşılamaq, uşaqları internetdən istifadə etməyə psixoloji hazırlamaq, savadlı və daha hazırlıqlı gənclər yetişdirməyin yollarını axtarmaqdan ibarətdir.

Daha sonra tədbirdə internetdən təhlükəsiz istifadə olunmasında valideynlərin üzərində düşən məsuliyyətdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva respublikamızda bütün
sahələrdə olduğu kimi təhsildə də İKT-dən düzgün istifadə etmək bacarığına çox böyük önəm verildiyini söyləyib. M.Vəliyeva vurğulayıb ki, İKT ilə bağlı Təhsil Nazirliyi və BŞTİ tərəfindən müvafiq layihələr həyata keçirilir. İdarə müdiri ibtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması və məktəblilərin kompüterdən, internetdən daha səmərəli istifadə etmələri üçün psixoloji hazırlanması istiqamətində həyata keçirilən işlərin vacibliyinə toxunub. Eyni
zamanda, İKT-dən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətini vurğulayan idarə müdiri valideynləri bu məsələdə xüsusilə diqqətli olmağa çağırıb.

Daha sonra tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
sədrinin müavini Aynur Sofiyeva, millət vəkilləri Hikmət Məmmədov və Məlahət Həsənova təhsilin bütün pillələrində İKT-nin tətbiqi və istifadə edilməsinin, məktəblilərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək və ötürmək qabiliyyətinin formalaşdırılmasının şagirdlərin informasiya cəmiyyətinin fəal üzvünə çevrilməsi baxımından mühüm rol oynadığını bildiriblər.

Bununla yanaşı, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında valideyinlərin məsuliyyət daşıdığını diqqətə çatdırıb, bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

“Məktəblərdə İKT üzrə müavin ştatı vacibdir”

04-02-2016

“İnnovativ məktəb” layihəsinin təqdimatı keçirilib

16-12-2025

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022

Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi mövzusunda dəyirmi masa keçirilib

24-01-2019

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025

Kitabxanaçılar İKT-dən necə istifadə etməli?

14-12-2017

Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

08-02-2023

“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

30-09-2015

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015

I Robot Olimpiadasının qalibləri-Foto

23-06-2017

İKT-nin təhsildə tətbiqinin motivasiya sisteminin müzakirəsi keçirilib

26-11-2008

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

"Təhlükəsiz İnternet Günü" ilə bağlı tədbir keçirilib

08-02-2012

Müəllimlərin İKT bilikləri yoxlanılır

18-09-2019

İKT üzrə qiymətləndirmə keçirilib

30-01-2019

ARTPİ-də məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi müzakirə olunub

31-03-2015

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir

12-02-2019

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə