Previous Next
Bağla

Azərbaycan gələn il BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək

06-06-2024 16:21
Azərbaycan gələn il BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edəcək

4 iyunda İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası işə başlayıb. İclasda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti təmsil edir.

 Sessiya çərçivəsində aparılan müzakirələr nəticəsində Azərbaycanın təşkilatın 2025-ci ildə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) ev sahibliyi təsdiq edilib.

 Qeyd edək ki, MDB regionundan ilk dəfə Azərbaycan bu tədbirə ev sahibliyi etmək imkanını əldə edib.

 ÜTİK BTİ-nin kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT tətbiqləri, innovasiya, İKT üzrə statistika və indikatorlar, İKT-nin tənzimlənməsi və digər bu kimi sahələr üzrə inkişafa dair mövzuları, layihələri və proqramları nəzərdən keçirmək üçün dörd ildən bir təşkil olunan ən böyük və önəmli tədbirlərindən biridir. Tədbir sahə üzrə qlobal liderləri, mütəxəssisləri və digər maraqlı tərəfləri bir araya gətirərək İKT-nin gələcək inkişafını müzakirə etmək və strategiyalar hazırlamaq məqsədi daşıyır.

 Məsələyə dair müzakirələr zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bəyanatla çıxış edərək ölkədə İKT infrastrukturunun inkişafı, rəqəmsal transformasiya sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Nazir müavini ölkədə İKT sahəsində həyata keçirilən təhsil layihələri haqqında danışıb. “Technest”, “Technion” və “Digital Academy” kimi təşəbbüslər gənc azərbaycanlıların rəqəmsal dövrdə tələb olunan bacarıq və biliklərini gücləndirir”.

 Samir Məmmədov “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminin hazırlandığını və bu altsistemin dövlət orqanları arasında sənədlərin real vaxt rejimində, təhlükəsiz mübadiləsini asanlaşdırdığını diqqətə çatdırıb.

 Nazir müavini, həmçinin əlavə edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin icra etdiyi “MyGov” vətəndaşların rəqəmsallaşma prosesinə cəlb edilməsi baxımından ən əhəmiyyətli layihələrdəndir. “MyGov” hər bir dövlət qurumu üçün ayrıca portallara və ya qeydiyyata ehtiyac olmadan dövlət xidmətlərinə onlayn müraciət etmək üçün bir pəncərə rolunu oynayır”.

 Samir Məmmədov bir çox vacib beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Azərbaycanın telekommunikasiya sahəsindəki öhdəliklərə və İKT sahəsi üzrə qlobal dialoqa verdiyi önəmi bir daha vurğulayıb.

Müzakirələr nəticəsində Azərbaycanın ev sahibliyi barədə qərar Şura tərəfindən yekdilliklə təsdiq edilib.

Azərbaycanın belə mötəbər bir tədbirə ev sahibi olaraq təsdiq edilməsi ölkənin telekommunikasiya sahəsində artan nüfuzunun, eləcə də BTİ ilə uzun illər ərzində aparılan uğurlu əməkdaşlığın nəticəsidir.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023
Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023
Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025
Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı keçirilir

17-11-2025
Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024
Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

Prezident: Bakı həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

17-11-2025
Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025
Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026
Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

Nazir BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru ilə görüşüb

16-01-2025
Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018
Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi  ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021
Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

Yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimatı keçirilir

17-09-2024
Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan BTİ ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17-11-2024
İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb

17-11-2025
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

22-03-2022
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

15-01-2025
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022
Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda BTİ-nin Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb

21-11-2025
Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

Nazir müavini Gürcüstanda keçirilən Beynəlxalq Rəqəmsal Bağlantı Sammitində iştirak edib

14-09-2022
Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026
Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti BTİ-nin təşkilatçılığı ilə bir sıra görüşlər keçirib

16-10-2024
Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə