Previous Next
Bağla

İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi

20-09-2015 17:29
İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi

Bu gün Bakıda “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun “Summer Camp” tədbiri keçirilib.  Tədbir Azərbaycan Qolf Federasiyasında baş tutub.

“Femmes Digitales” klubundan Xeberler.az-a verilən məlumatda bildirilir ki, tədbirdə İKT sahəsində necə işə düzəlmək və karyera pillələrində necə inkişaf etməyə dair mövzuları müzakirə edilib.

Azərbaycanda qızların nədən məhz İKT ixtisaslarını seçməsini və onların fikrincə bu sektorda qadınların sayının azlığının əsas səbəbinin nədən ibarət olduğunu, eləcə də qadınların İKT sektoruna marağının artması üçün nə etmək lazım olduğu kimi məsələlər ətrafında da söhbət olub. 

O cümlədən, ölkənin qabaqcıl təşkilatlarının işçi heyətin yığılması zamanı istifadə etdikləri siyasət və yanaşmaları, qadınların İKT sektorunda işə düzəlməsi və karyera qurması ilə bağlı olan çətinlikləri, şirkət rəhbərlərinin İKT-də qadınların rolu barədə fikirləri öyrənilib.  

Tədbirdə, həmçinin, klubun bütün üzvlərinə prioritet qaydasında yeni vakansiyalar barədə məlumat almaq imkanı yaradılıb.
Tədbir iştirakçıları rəsmi hissəsi ilə yanaşı yeni başlayanlar üçün qolf yarışması, müxtəlif hədiyyələr və kollektiv Zumba master-klasının da daxil olduğu əyləncəli hissədən ibarət əyləncəli vaxt keçiriblər.

Tədbirin keçirilməsində məqsəd ölkədə İKT sektorunda qadınların məşğulluq səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri və bu sektorda çalışan qadınların sayının az olmasının səbəblərini müəyyən etmək və İKT sektorunda qadınların çəkisinin artırılması yollarını araşdırmaqdan ibarətdir.


Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT Qadınlar Klubu “Summer Camp” tədbirinin məqsədini açıqladı

11-09-2015

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

“Qadınların İKT sahəsində rolu” mövzusunda tədbir keçiriləcək

02-03-2017

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015

İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

09-09-2015

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015

8 Martla birgə, "İKT qadınlar" layihəsi gəlir

06-03-2015

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016

Qadınların İKT Klubu yaradıldı

04-12-2014

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015

İKT Qadınlar Klubu Bakutel sərgisinə hazırlaşır

11-11-2015

Bu gün dünyada “İKT Qızlar günü” qeyd edilir

23-04-2015

Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

07-12-2024

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

İKT sahəsindəki qadınlara daha bir dəstək

03-10-2015

“Qadınların İKT sahəsində rolu” mövzusunda müzakirələr aparılacaq

08-04-2021

Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

10-03-2015

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə