Previous Next
Bağla

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015 16:55
FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

Azərbaycan Qadınlarının İKT Klubu – FEMMES DIGITALES azərbaycanlı qızların və qadınların informasiya-kommunikasiya texnologiyaları barədə məlumatlılığının artırılması, habelə İKT sahəsinə marağının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

FEMMES DIGITALES-dan Xeberler.az-a verilən məlumata görə, sentyabrın 20-də Bakıda FEMMES DIGITALES klubunun və Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılğı və B.EST Solutions, MONT, Microsoft, Bakcell və Engineering for Kids Azerbaijan təşkilatlarının dəstəyi ilə İKT Qadınlarının Yay Düşərgəsi keçiriləcək. Bu tədbir gələcəkdə Azərbaycanda İKT sektorunda qadınların məşğulluğu mövzusuna həsr ediləcək silsilə tədbilərin əsasını təşkil edir.

Tədbirin keçirilməsinin məqsədi ölkədə İKT sektorunda qadınların iştirak səviyyəsinə dair məlumat almaq, bu sahədə mövcud olan əsas maneələri və bu sektorda çalışan qadınların sayının az olmasının səbəblərini müəyyən etmək və İKT sektorunda qadınların çəkisinin artırılması yollarını araşdırmaqdan ibarətdir.

Tədbir zamanı ölkədə fəaliyyət göstərən aparıcı təşkilatların kadr yığımı zamanı istifadə etdikləri yanaşmalara və insan resursları sahəsindəki siyasətlərinə nəzər salınacaq, eləcə də Klubun təsisçilərinin timsalında İKT sektorunda iş tapmağın və karyera qurmağın nümunələri nəzərdən keçiriləcək.

Tədbirin işgüzar hissəsində FEMMES DIGITALES klubunun təsisçiləri Yana Krimpe və Səbinə Məmmədlinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) icraçı direktoru Natəvan Məmmədovanın, M-Group Production şirkətinin təsisçisi Murad Dadaşovun, ADA Universitetinin IT və Mühəndislik Məktəbinin dekan əvəzi Fuad Hacıyevin və digər məruzəçilərin çıxışları yer alacaq.

Tədbir çərçivəsində bir sıra idman və əyləncəli proqramlar da nəzərdə tutulub. Belə ki, iştirakçılar Azərbaycan Qolf Federasiyası tərəfindən təşkil edilən qolf yarışına və FEMMES DIGITALES klubunun keçirəcəyi “Zumba” fitnes proqramı üzrə məşqlərə qatıla biləcəklər. Həmçinin HP, Cybernet və Iteca Caspian şirkətləri tərəfindən təqdim edilən hədiyyələr üzrə mükafatlandırılma mərasimin keçirilməsi də nəzərdə tutulub. Təşkilatçılar tədbirə övladları ilə gələn anaları da unutmayıb – balacalar üçün robotların quraşdırılması, raketlərin uçurulması və digər əyləncəli məşğuliyyətlər hazırlanıb.

Qeyd etmək lazımdır ki, tədbir zamanı FEMMES DIGITALES klubunun rəsmi veb-saytının (www.femmesdigitales.az) təqdimatı da baş tutacaq.

 

Ruhəngiz Muradova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi

20-09-2015

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016

İKT Qadınlar Klubu “Summer Camp” tədbirinin məqsədini açıqladı

11-09-2015

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

Qadınların İKT Klubu yaradıldı

04-12-2014

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017

İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

09-09-2015

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015

Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018

Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

06-11-2017

İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

15-02-2016

İKT xanımlar üçün regional konfrans keçiriləcək

18-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə