Previous Next
Bağla

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026 21:46
İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması olan “Ookla” şirkətinin metodologiyası əsasında sabit genişzolaqlı internet üzrə provayderlərin 2026-cı ilin fevral ayı üzrə internet sürət göstəricilərini dərc edib.

Xeberler.az məlumat verir ki, “Speedtest Intelligence” məlumatları əsasında hazırlanmış “Sabit genişzolaqlı internet xidmətləri üzrə Fevral 2026 Təhlili” agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Fevral ayı üzrə təqdim edilən hesabat əvvəlki aylardan fərqli olaraq internet sürəti üzrə dörd kateqoriyalı təsnifat modeli əsasında hazırlanıb.

- Çox yüksək sürət — 150+ Mbps
Çox yüksək performans təqdim edən provayderlər.

- Yüksək sürət — 101–149 Mbps
Yüksək səviyyəli genişzolaqlı xidmət təqdim edən provayderlər.

- Orta sürət — 50–100 Mbps
Əksər istifadəçi paketlərinin yerləşdiyi geniş bazar seqmenti.

- Aşağı sürət — 1–49 Mbps
Nisbətən aşağı performans göstəriciləri olan xidmətlər.

Bu yanaşma istifadəçilərə bazarda fəaliyyət göstərən internet provayderlərinin performans səviyyəsini daha aydın və müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Kateqoriyalar “Ookla Speedtest Intelligence”platformasından əldə edilən median ölçmə nəticələrinə əsasən İKTA tərəfindən analitik şəkildə formalaşdırılaraq təqdim olunur.

Fevral ayı üzrə ölkə göstəricilərinə əsasən sabit genişzolaqlı internetin:

- median yükləmə sürəti 91,38 Mbps,

- median yükləmə sürəti (upload) 93,12 Mbps,

- median gecikmə (latency) 4 ms təşkil edib.

İKTA hesab edir ki, bu cür analitik təqdimat modeli:

- telekommunikasiya bazarında şəffaflığın artırılmasına,

- provayderlər arasında sağlam rəqabətin təşviqinə,

- istifadəçilərin internet xidmətlərini daha məlumatlı şəkildə seçməsinə mühüm töhfə verir.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək ölkə üzrə internet performans göstəricilərinin monitorinqini və analitik təhlillərin genişləndirilməsini planlaşdırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA mart ayı üzrə internet sürəti göstəricilərini açıqlayıb

18-04-2026

Yüksək sürətli internetə malik ölkələrin reytinqi açıqlanıb

11-07-2019

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-03-2026

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026

Azərbaycanda genişzolaqlı internetin orta sürəti açıqlanıb

18-11-2025

Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

26-12-2017

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16-12-2025

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-02-2026

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

Ən sürətli mobil internet hansı ölkədədir? -Siyahı

19-08-2017

İKTA Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini aparıb

07-11-2024

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

İnternetin sürətində böyük artım

09-09-2015

Azərbaycan interneti dünyada neçənci yerdədi?

09-02-2011

Azərbaycan NetIndex reytinqində 4 pillə aşağı düşdü

18-04-2012

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

22-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə