Previous Next
Bağla

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-02-2026 14:35
Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

Bu ilin yanvar ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (89,88 Mbps) görə dekabr ayına nisbətən 5 pillə irəliləyərək 152 ölkə arasında 81-ci olub.

Xeberler.az "Speedtest Global Index"ə istinadən məlumat verir ki, ötən ay bir il əvvəlki göstərici (66,83 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 34,5 % artıb.

Azərbaycan bu göstərici ilə Türkiyə (75,34 Mbps), İran (22,05 Mbps), Gürcüstan (44,55 Mbps), Ermənistan (81,21 Mbps), Qazaxıstan (87,17 Mbps), Qırğızıstanı (85,41 Mbps) və Tacikistanı (39,59 Mbps) geridə qoyub.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (416,10 Mbps), axırıncı yeri isə Kuba (3,85 Mbps) tutub.

Azərbaycan yanvarda mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 92,63 Mbps sürətlə 103 ölkə arasında 52-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (686,12 Mbps), sonuncu yeri isə Boliviya (15,84 Mbps) tutub.

Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 201 şəhər arasında 89,29 Mbps sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (437,14 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,97 Mbps) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə geriləyərək 111,16 Mbps sürətlə 151 şəhər arasında 82-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (810,62 Mbps), sonuncu yeri La Pas (Boliviya) (13,67 Mbps) tutub.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-03-2026

Azərbaycan noyabrda mobil internetin orta sürətinə görə irəliləyib

16-12-2025

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 7 pillə geriləyib

21-10-2025

Azərbaycanda genişzolaqlı internetin orta sürəti açıqlanıb

18-11-2025

Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətində irəliləyib

18-09-2025

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-07-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-08-2025

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə yerini qoruyub

17-03-2025

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-04-2025

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

25-11-2024

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-10-2024

Azərbaycan interneti dünyada neçənci yerdədi?

09-02-2011

Azərbaycan sabit genişzolaqlı internetin sürəti üzrə irəliləyib

16-01-2025

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

16-03-2023

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-08-2023

Azərbaycan internetin sürətinə görə geriləyib

16-02-2023

Azərbaycan mobil internetin orta sürətinə görə 1 pillə irəliləyib

16-11-2023

Azərbaycan mobil internetin sürətinə görə daha 2 pillə irəliləyib

18-09-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünya reytinqində irəliləyib

17-10-2023

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə geriləyib

21-07-2023

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

23-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə