Previous Next
Bağla

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025 12:59
İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet üzrə provayderlərin internet sürət göstəricilərini qlobal internet performans qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında yeni formatda dərc edib.

Xeberler.az məlumat verir ki, İKTA “Ookla” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üzrə sabit genişzolaqlı internet xidmətlərinə dair sürət hədlərini (“Speedtest Intelligence” məlumatları əsasında) yeni vizual formatda rəsmi internet səhifəsində təqdim edib.

Dərc olunmazdan əvvəl İKTA və “Ookla” arasında təqdimat formasının metodoloji uyğunlaşdırılması və məlumatların standartlaşdırılması üzrə birgə iş aparılıb. Ölçmə metodologiyası və nəticələr “Ookla” şirkətinin məhsulu olduğu üçün bu istiqamətdə aparılan bütün fəaliyyət şirkətlə razılaşdırılıb.

Yeni təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan provayderlərin median internet sürətinə əsasən üç kateqoriyaya bölünüb:

• Yüksək sürət təqdim edən provayderlər - 90+ Mbps

• Orta sürət təqdim edən provayderlər - 50-89 Mbps

• Aşağı sürət təqdim edən provayderlər - 1-49 Mbps

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın, qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir. Kateqoriyalar “OOKLA Speedtest Intelligence” platformasından əldə edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən təsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla” tərəfindən qeydə alınan bütün provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü (Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan yaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və analitik monitorinqin genişləndirilməsini planlaşdırır.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA mart ayı üzrə internet sürəti göstəricilərini açıqlayıb

18-04-2026

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025

Yüksək sürətli internetə malik ölkələrin reytinqi açıqlanıb

11-07-2019

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

26-12-2017

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

Rəşad Nəbiyev “Ookla” şirkətinin prezidenti ilə görüşüb

24-06-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

20-02-2026

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

28-03-2023

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

“Aztelekom” “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb

06-03-2025

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə