Previous Next
Bağla

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026 13:27
İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) qlobal internet performans qiymətləndirici platforması “Ookla”nın metodologiyası əsasında 2026-cı ilin yanvar ayı üzrə sabit genişzolaqlı internet provayderlərinin sürət göstəricilərini dərc edib.

Xeberler.az bildirir ki, İKTA tərəfindən hazırlanan “Azərbaycan üzrə Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” (“Speedtest Intelligence” məlumatları əsasında) Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumata görə, təqdimat ötən ay olduğu kimi 3 kateqoriyalı sürət təsnifatı əsasında hazırlanıb və vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri açıqlanmayıb. Bunun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan median internet sürət göstəriciləri əsasında provayderlər üç kateqoriyaya bölünüb.

Kateqoriyalara əsasən, 90 Mbps və daha yuxarı sürət təqdim edənlər “Yüksək sürət”, 50–89 Mbps aralığında olanlar “Orta sürət”, 1–49 Mbps aralığında olanlar isə “Aşağı sürət” kateqoriyasına daxil edilib.

İKTA bildirir ki, bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın və vizual şəkildə görməyə imkan verir. Kateqoriyalar “OOKLA Speedtest Intelligence” platformasından əldə edilən median ölçmə nəticələri əsasında formalaşdırılıb.

Qeyd olunur ki, “Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payına və tam metodoloji uyğunluğa malik provayderlər daxil edilsə də, İKTA tərəfindən təqdim olunan cədvəldə ölkədə fəaliyyət göstərən və “Ookla” tərəfindən qeydə alınan bütün provayderlər əhatə olunub.

Agentlik hesab edir ki, provayderlərin sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın müşahidə edilməsinə imkan yaradır.

İKTA vurğulayır ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlər arasında sağlam rəqabətin təşviqi və istehlakçıların internet sürəti seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığın davam etdiriləcəyini, internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsi və analitik monitorinqin genişləndirilməsinin planlaşdırıldığını bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025
İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026
İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

İKTA provayderlərin dekabr üzrə sürət göstəricilərini dərc edib

19-01-2026
İKTA mart ayı üzrə internet sürəti göstəricilərini açıqlayıb

İKTA mart ayı üzrə internet sürəti göstəricilərini açıqlayıb

18-04-2026
Yüksək sürətli internetə malik ölkələrin reytinqi açıqlanıb

Yüksək sürətli internetə malik ölkələrin reytinqi açıqlanıb

11-07-2019
“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025
İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

17-06-2026
İKTA mobil internet və regional göstəricilər üzrə median sürət təhlillərini təqdim edib

İKTA mobil internet və regional göstəricilər üzrə median sürət təhlillərini təqdim edib

20-05-2026
İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025
Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

26-12-2017
Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

16-06-2026
Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026
"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015
İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025
İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

İKTA-da “Ookla” şirkətinin prezidenti ilə görüş keçirilib

24-06-2025
İnternetin keyfiyyətini necə qaldırmaq olar?

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024
Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

Azərbaycanda ölçüləbilən internet dövrü başlayır

20-02-2026
İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025
Azərbaycanda İnternet bazarına əsasən 10 provayder nəzarət edir

Azərbaycanda İnternet bazarına əsasən 10 provayder nəzarət edir

20-02-2024
Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

12-07-2023
İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025
İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024
Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024
İKTA Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini aparıb

İKTA Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini aparıb

07-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə