Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair aylıq təhlillərin əhatə dairəsini genişləndirib.
Xeberler.az məlumat verir ki, ilk dəfə olaraq mobil operatorlar üzrə median internet sürəti göstəricilərini əks etdirən ayrıca hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Yeni hesabatda mobil internet göstəriciləri iqtisadi rayonlar üzrə də təqdim edilir. Təhlillər müasir mobil cihazlar (Modern Chipsets) filtri əsasında formalaşdırılıb və istifadəçi təcrübəsinin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.
İKTA-nın mütəmadi dərc etdiyi “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı da ilk dəfə regionlar üzrə strukturlaşdırılmış formada təqdim olunub.
Yeni yanaşmanın məqsədi regionlar üzrə internet xidmətlərinin vəziyyətini daha şəffaf şəkildə göstərmək, istifadəçi təcrübəsinin müxtəlif coğrafiyalar üzrə müqayisəsini aparmaq və bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin artırılmasını təşviq etməkdir.
Təqdim olunan göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.
Bununla da İKTA elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumat əsaslı monitorinq və analitik hesabatlılıq alətlərinin əhatə dairəsini daha da genişləndirib.
Hazırda Agentlik aşağıdakı istiqamətlər üzrə mütəmadi indeks və təhlilləri ictimaiyyətə təqdim edir:
sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;
mobil internet xidmətləri üzrə median sürət təhlili;
internet xidmətləri üzrə şikayət indeksi;
operator və provayderlərin müraciətləri orta cavablandırma müddəti üzrə indeks;
poçt xidmətləri üzrə şikayət indeksi;
poçt operatorlarının müraciətləri orta cavablandırma müddəti üzrə göstəricilər.
Bu yanaşma telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi təcrübəsinin ölçülməsi və məlumat əsaslı tənzimləmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqi və məlumatların analitik əsasda ictimaiyyətə təqdim olunması davam etdiriləcək.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları