Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (84,82 Mbps) görə sentyabr ayına nisbətən 1 pillə geriləyərək 156 ölkə arasında 84-cü olub.
Xeberler.az "Speedtest Global Index"ə istinadən məlumat verir ki, bir il əvvəlki göstərici (57,62 Mbps) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 47 % artıb.
Azərbaycan bu göstərici ilə Türkiyə (64,22 Mbps), İran (19,88 Mbps), Gürcüstan (44,03 Mbps), Ermənistan (73,95 Mbps), Qazaxıstan (82,47 Mbps) və Qırğızıstanı (83,87 Mbps) geridə qoyub.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (406,14 Mbps), axırıncı yeri isə Suriya (3,51 Mbps) tutub.
Azərbaycan oktyabrda mobil internetin sürətinə görə isə sentyabr ayına nisbətən 1 pillə geriləyərək 79,94 Mbps sürətlə 104 ölkə arasında 53-cü olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (652,87 Mbps), sonuncu yeri isə Boliviya (13,96 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 4 pillə geriləyərək 201 şəhər arasında 85,02 Mbps sürətlə 116-cı yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Çilinin Valparaiso (417,99 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Hələb (2,75 Mbps) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 101,66 Mbps sürətlə 150 şəhər arasında 79-cu olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (726,55 Mbps), sonuncu yeri La Pas (Boliviya) (9,72 Mbps) tutub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları