Previous Next
Bağla

İKTA və “AzInTelecom” əməkdaşlarından ibarət nümayəndə heyəti Ankaraya səfər edib

10-10-2024 17:38
İKTA və “AzInTelecom” əməkdaşlarından ibarət nümayəndə heyəti Ankaraya səfər edib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və “AzInTelecom” MMC-nin əməkdaşlarından ibarət Azərbaycanın nümayəndə heyəti Ankaraya səfər edib.

Xeberler.az bildirir ki, məqsəd Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) ilə təcrübə mübadiləsi aparmaq olub.

8-9 oktyabr tarixlərini əhatə edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BTK rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Görüşlərdə əsas müzakirə edilən məsələlər “klon”laşdırılmış IMEI kodların aşkar edilməsi və ona qarşı mübarizə tədbirləri, eyni zamanda Mobil Cihazların Qeydiyyatı Sisteminin (MCQS) müasir standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı olub.

Səfər çərçivəsində, həmçinin “klon”laşdırılmış IMEI-lərin aşkarlanması və mobil cihazların qeydiyyatı zamanı təhlükəsizlik tələbləri, məlumatların çarpaz yoxlanılması, bu sahədə tətbiq edilən texnoloji yeniliklər və hər iki ölkənin təcrübə mübadiləsinin perspektivləri müzakirə olunub.

Görüşlərdə o da vurğulanıb ki, mobil cihazların qeydiyyatı prosesinin sadələşdirilməsi, təhlükəsizliyin təşkili, bu sahədə fırıldaqçılığın qarşısının alınması, mobil telefonlardan başqa IMEI kod olan digər cihazların qeydiyyatının təkmilləşdirilməsi ilə bağlı addımların atılması vacib məsələdir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb

30-04-2026

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

19-01-2026

Azərbaycan və Türkiyənin tənzimləyici qurumları birgə layihə icra edəcək

20-11-2025

“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb

02-10-2024

Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq

22-11-2022

ETX-nin nümayəndə heyəti Ankaraya səfər edib

01-12-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Türkiyəyə səfəri bitib

27-01-2023

Mobil cihazların qeydiyyat sisteminin (MCQS) yekun testlərinə başlayıb.

18-02-2013

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib

13-08-2024

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İKTA internet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini yeniləyib

27-02-2025

İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA və “Trendyol” məlumat mübadiləsi həyata keçirəcək

22-02-2024

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA və “Huawei” əməkdaşlıq imkanlarını müzakirə edib

25-11-2025

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə