Previous Next
Bağla

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023 18:38
İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən bir sıra internet operator və provayderlərinin nümayəndələri ilə ilk dəfə dəyirmi masa ətrafında görüş keçirib.

Tədbirin məqsədi internet operator və provayderləri ilə internet telekommunikasiya sahəsində mövcud vəziyyəti müzakirə etmək və qarşılıqlı əməkdaşlığın yaradılmasına nail olmaqdır.

Tədbiri giriş sözü ilə açan İKTA-nın rəhbəri Nail Mərdanov bildirib ki, internet telekommunikasiya sahəsinin tənzimlənməsi, eləcə də buradakı xidmət bazarlarının təhlili və formalaşdırılması hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsində mühüm rol oynayır.

Görüş İKTA-nın yaradılması və fəaliyyətinə dair təqdimatla davam edib. İştirakçılara tənzimləyici qurumun fəaliyyətə başladığı qısa müddət ərzində gördüyü işlər barədə məlumat verilib. İnternet operator və provayderlərinin öz davamlı fəaliyyətlərinin təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları birgə müzakirə olunub. İnternet operator və provayderlərinin nümayəndələrinin sualları cavablandırılıb.

Nəzərə çatdırılıb ki, bu kimi görüşlər digər internet operator və provayderləri ilə də mütəmadi qaydada təşkil olunacaq. Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

Azərbaycanın internet provayderləri İKTA-ya Dünya Bankının tələblərinə uyğun hesabat verəcək

30-08-2023

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

Azərbaycanda uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatdırılıb

24-07-2024

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

12-06-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

Azərbaycanda 107 internet operator və provayder uçota alınıb

02-06-2023

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İnternet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

14-05-2025

Uçota alınan internet provayderlərin sayı artdı

23-02-2024

Radio avadanlıqların quraşdırılması üçün rəylərin verilməsinə dair geniş müzakirə aparılıb

14-02-2024

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

Azərbaycanda üç provayderin uçotu ləğv olundu

25-01-2024

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İnternet xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili aparılıb

02-02-2024

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə