İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025 / 18:54

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ildəki fəaliyyətinə dair hesabatını açıqlayıb.

Xeberler.az bildirir ki, hesabatda qurumun ötən il ərzində gördüyü işlər haqqında geniş bəhs edilib.

Sənəddə, həmçinin icrasına ötən il başlanmış və davam edən layihələr, eyni zamanda qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslərə geniş yer verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum təsis edilib. İKTA-nın Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə