İKTA: 4 lifli “Ethernet” kabellər 100 Mbit/s üzərində sürətə imkan vermir

16-07-2025 / 12:36

Azərbaycanda yeni tikilən binalarda, xüsusilə də “Ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkdiyi üçün 100 Mbit/s üzərində sürətin təmin olunması mümkün olmur.

Xeberler.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Bildirilib ki, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.

Bu səbəbdən agentlik həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə