Previous Next
Bağla

İKTA-da operator və provayderlərlə növbəti görüş keçirilib

16-07-2025 12:29
İKTA-da operator və provayderlərlə növbəti görüş keçirilib

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş baş tutub.

Xeberler.az bildirir ki, bu istiqamətdə ilk görüş cari ilin 22 may tarixində keçirilmişdi. Həmin görüşdə internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, şəbəkələrin texnoloji yenilənməsi və ümumilikdə sektoral inkişafla bağlı qarşıya qoyulmuş hədəflər müzakirə edilmişdi. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn prioritetlər diqqətə çatdırılmışdı. Toplantının nəticəsi olaraq bu tipli görüşlərin, seminarların və təlimlərin mütəmadi keçirilməsi qərara alınmışdı.

Budəfəki görüşün məqsədi isə ötən müddət ərzində operator və provayderlərin qarşıya qoyulmuş hədəflərə çatmaq üçün gördükləri hazırlıq işlərinin vəziyyəti, çətinlikləri və cari texnoloji vəziyyətin müzakirəsi olub.

Görüş zamanı çıxış edən İKTA nümayəndələri internetin sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb, “Ookla Global Index” üzrə beynəlxalq mövqelər və müvafiq statistika ilə bağlı təqdimat ediblər.

Həmçinin şəbəkələrin modernləşdirilməsi, “Ethernet” bağlantısı (ETTH – Ethernet to the Home) və simsiz texnologiyaların yeni nəsil texnologiyalarla əvəzlənməsinin zəruriliyi diqqətə çatdırılıb.

İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə də ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız 4 lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyətlər yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Məlum olduğu kimi, daha yüksək sürətlər (məsələn, 300, 500 və ya 1000 Mbit/s) üçün ən azı 8 lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur.

Bu səbəbdən İKTA həm provayderlərə, həm də vətəndaşlara müraciət edərək mənzillərə çəkilən “Ethernet” kabellərinin texniki uyğunluğuna xüsusi diqqət yetirməyə çağırıb. İstehlakçının yüksəksürətli internet xidmətlərindən faydalana bilməsi üçün şəbəkənin fiziki infrastrukturu ilkin şərtdir.

Sonda operator və provayder nümayəndələrinin rəy və təklifləri dinlənilib, onların ünvanladıqları suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA: 4 lifli “Ethernet” kabellər 100 Mbit/s üzərində sürətə imkan vermir

16-07-2025

Azərbaycanda fiber-optik internetin əhatə dairəsi açıqlanıb

22-05-2025

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

İKTA-da “Nokia” və “Huawei” nümayəndələri ilə görüş keçirilib

14-05-2024

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025

İKTA: “Premiumnetaz”ın uçotu ləğv edilib

13-01-2026

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

04-03-2026

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə