Previous Next
Bağla

İlon Mask “Tesla” ilə yollarını ayıra bilər

27-10-2025 16:59
İlon Mask “Tesla” ilə yollarını ayıra bilər

İlon Mask həmçinin səhmdarlara ultimatum verərək, on il ərzində dəyəri 1 trilyon dollara çata biləcək yeni təzminat paketini təsdiqləməyəcəkləri təqdirdə "Tesla"dan ayrılacağını bəyan edib.

Xeberler.az bildirir ki, şirkətin İdarə Heyəti bu mühüm məsələ barədə qərar qəbul etməlidir. Söhbət, Maskın "Tesla"dakı payını 13%-dən 25%-ə yüksəltməsinə imkan verəcək, mərhələli şəkildə səhm şəklində ödəniləcək təzminat paketindən gedir. Hər bir təzminat mərhələsi şirkətin bazar dəyərinin 500 milyard dollar artmasına bağlıdır.

İlon Mask şirkətə daha çox nəzarət etmək istəyini ifadə edib və gələcəkdə "külli miqdarda robot ordusu" qurmaq planı barədə danışıb. Bu açıqlamalar Maskın iki əsas narahatlığı ilə bağlıdır: birincisi, şirkət üzərindəki səhm nəzarətini artırmaq, ikincisi isə robot ordusunu yaradarkən əsas qərarverici mövqeyini itirməmək. Mask deyib: "Əgər mən böyük bir robot ordusu yaradıramsa, gələcəkdə kimsə məni kənarlaşdıra bilərmi? Bu robot ordusunu qursaq, heç olmasa onun üzərində güclü bir təsirə malik ola biləcəyəmmi? Nəzarət demirəm, sadəcə güclü təsir... Əgər mənim təsir gücüm olmazsa, bu robot ordusunu yaratmaq mənə rahatlıq verməyəcək".

Bu geniş paket, Maskın qarşısına qoyulmuş bir sıra iddialı hədəfləri reallaşdırması halında mümkün olacaq. O, şirkət səhmlərinin tam 12%-ni o zaman əldə edəcək ki, "Tesla"nın kapitallaşması 8,5 trilyon dollara çatsın (hazırda bu rəqəm bir qədər 1 trilyon dollardan çoxdur), 2035-ci ilə qədər korreksiya edilmiş mənfəət göstəricisi 400 milyard dollara yüksəlsin, şirkət 20 milyon elektrikli avtomobil, 1 milyon robotaksi və 1 milyon "Optimus" tipli insanabənzər robot tədarük etsin. İdarə

Heyətinin sədri Robin Denholm açıqlayıb ki, "İlonu şirkətdə saxlamaq və onu həvəsləndirmək, 'Tesla'nın tarixin ən dəyərli şirkətinə çevrilməsi üçün təməl şərtdir".

Qeyd edək ki, səhmdarların illik yığıncağı 6 noyabrda keçiriləcək və Maskı şirkətdə saxlamaq üçün İdarə Heyəti tərəfindən təklif olunan paket səsverməyə çıxarılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

07-11-2025

İlon Mask “het-trik”ə imza atdı

21-04-2022

Mask insanabənzər robotun yaradıldığını elan edib

28-12-2022

İl sonunadək “Tesla” robot taksiləri ABŞ əhalisinin yarısını əhatə edəcək

24-07-2025

İlon Mask sərvəti 800 milyard dolları keçib

04-02-2026

“Tesla”nın yeni robot taksi modeli təqdim edilib

11-10-2024

İlon Maskın sərvəti 400 milyard dolları ötüb

13-12-2024

İlon Mask bir gündə 29 milyard dollar itirib

11-03-2025

İlon Maskın aktivləri 121 milyard dollar azalıb

07-03-2025

İlon Maskın sərvəti rekord həddə çatıb

16-12-2025

“Tesla”nın sürücüsüz taksisi avtonom çatdırılıb

28-06-2025

2026-cı il “Tesla” üçün ən çətin dövr olacaq

15-11-2025

Mask "Tvitter"lə bağlı yeni "tvit"ində bildirib ki…

20-04-2022

İlon Mask Fransaya səfərə gedib

16-05-2023

Tesla-nın bazar dəyəri Ford-u keçdi

04-04-2017

Mask 500 milyard dollar sərvəti ilə tarixə düşüb

02-10-2025

Mask “Tesla” səhmlərinin satışını iki il müddətinə dayandıra bilər

23-12-2022

Tesla əsas hədəfinə çatdı- General Motors-u da geridə qoydu

05-04-2017

“Tesla”nın mənfəəti artıb

23-04-2026

KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

09-09-2024

KİV: İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

09-09-2024

İlon Mask trilyoner olmağı hədəfləyir

02-04-2026

Twitter investoru Elon Muskı məhkəməyə verib

12-10-2022

Elon Musk Tesla-nın yeni robotu Optimus-u təqdim etdi

03-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə