“ İMEI kodların qeydiyyat sistemindən neqativ məqsədlə istifadə edilib”

27-06-2015 / 11:17

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda IMEI kodların qeydiyyat sistemini təkmilləşdirmək niyyətindədir.

Xeberler.az bildirir ki, Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun verdiyi məlumata əsasən, ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından  neqativ məqsədlərlə istifadə edilib.

“Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması  üçün üç ay vaxt verilib”, - deyə nazirin birinci müavini qeyd edib.

İltimas  Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq.

“Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin öz adına olmasına nail olacağıq və bu, mobil cihazların qeydiyyatının davamı olacaq.  Beləliklə, şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq”, - deyə İltimas  Məmmədov bildirib.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə