Previous Next
Bağla

GSM texnologiyası Azərbaycanda dayandırılacaq

27-06-2015 11:33
GSM texnologiyası Azərbaycanda dayandırılacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirməsi üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək.

Xeberler.az-ın nəlumatına görə, bu barədə Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək.

“Bununla biz LTE texnologiyasının ölkənin bütün ərazisində yayılmasına imkan yaradacağıq. Hazırda 3G  şəbəkəsi ölkə regionlarında yetərincə  əhatə dairəsini genişləndirib. Lakin 4G şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Biz isə bu texnologiyanın  əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internetlə və rabitə ilə təmin edilməsini istəyirik”, - deyə nazir müavini qeyd edib.

İltimas Məmmədovun sözlərinə əsasən, nazirlik yaxın iki il ərzində, istifadəsi dünya üzrə artıq  dayandırılan GSM texnologiyasını Azərbaycanda da dayandırmaq niyyətindədir:

“Yeni 3G və 4G texnologiyaları üzərində qurulmuş platformalar inkişaf edir və artıq eyni zamanda smartfonla danışaraq internetdən istifadə edilməsi mümkündür. Çox qısa zamanda biz LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstərilməsinin şahidi olacağıq. Bu ilin əvvəlində Barselonada keçirilən konfransda LTE texnologiyası üzərindən səsli xidmətlər nümayiş etdirilib və çox güman ki, dünya üzrə mobil rabitə operatorları bu xidməti təqdim etdikcə ölkəmizdə də onun tətbiqi qaçılmaz olacaq. Bu istiqamətdə artıq işlər aparılır”.

Məltəm Talıbzadə 

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell daha bir xidmət istifadəyə verəcək

28-02-2018

Ötən il dünyada 96 yeni “LTE” şəbəkəsi istifadəyə verilib

14-01-2015

Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

30-09-2015

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

04-06-2021

Yaponlar 4G-yə keçdi

28-12-2010

“Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib

12-05-2022

Ölkənin bütün yaşayış məntəqələrində 4G şəbəkəsi olacaq

27-04-2015

“Nar” 50-dən artıq yeni baza stansiyası quraşdırmaqla şəbəkəsini daha da genişləndirib

09-08-2021

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

“ İMEI kodların qeydiyyat sistemindən neqativ məqsədlə istifadə edilib”

27-06-2015

Belarusda LTE şəbəkəsi istifadəyə veriləcək

21-09-2015

LTE abunəçilərinin sayı 1 milyarda çata bilər

17-11-2015

Nar bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

11-04-2018

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

Azərbaycanda aşağı tezlik diapazonları hərrac yolu ilə veriləcək

04-07-2019

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Nar Tərtərdə 4G şəbəkəsini qurdu

22-10-2018

Azercell-dən daha bir texnoloji yenilik

14-12-2017

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Nar LTE şəbəkəsini genişləndirir

17-08-2018

4G şəbəkəsi abunəçilərinin sayı 1 milyardı ötüb

11-03-2016

Nazirin birinci müavini: "İlk gündən mobil rabitə bazarında şəffaf rəqabət mühiti yaradılıb"

08-04-2015

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə