Previous Next
Bağla

İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013 VII Beynəlxalq Konfrans öz işinə başlayıb

23-10-2013 22:20
İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013 VII Beynəlxalq Konfrans öz işinə başlayıb
Bakı Dövlət Universitetində (BDU) "İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi – AİCT 2013" VII Beynəlxalq Konfrans öz işinə başlayıb. "AICT 2013" konfransı informasiya-kommunikasiya texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif mövzuları müzakirə etmək üçün iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur.

Qeyd edək, ki "AICT 2013" 7-ci Beynəlxalq  Konfransı Bakı, Daşkənd və Tbilisi şəhərində keçirilən əvvəlki konfransların davamıdır. Budəfəki konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, BDU, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Texniki Universiteti ilə birgə təşkil olunur.
 
Konfransı açan rektor, akademik Abel Məhərrəmov deyib ki, yüksək texnologiyalar əsri adlandırılan XXI əsrdə post-sənaye ölkələrinin iqtisadiyyat və infrastrukturunun səviyyəsinin universal ölçüsünün İKT olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində telekommunikasiya, teleradio yayımı, internet-infrastruktur və ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb, ilkin internet-infrastruktur və s. formalaşdırılıb.
 
Təsadüfi deyil ki, 2013-cü il prezident İlham Əliyev tərəfindən "İKT ili" elan olunub. Ölkəmizdə bu sahədə bir çox vacib addımlar atılıb və əhəmiyyətli qərarlar verilib, İKT sahəsinin inkişafında böyük rol oynayan işlər görülüb. Ölkəmizin süni peykinin orbitə çıxarılması bu sırada müstəsna yer tutan xüsusi əlamətdar hadisədir və son illərdə Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində bu peykin müstəsna rolu vardır. İKT-yə hər zaman xüsusi önəm verən ölkə prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, "İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edib. Bu, həm biznes, həm də zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik."
 
 
Daha sonra akademik Abel Məhərrəmov qeyd edib ki, Azərbaycanın İKT  sektorunda dinamik inkişaf müşahidə edilir, yaxın gələcəkdə bu sahə energetika ilə yanaşı, ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri ola bilər. Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş birinci və yeganə dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir. Akademik Abel Məhərrəmov vurğulayıb ki, internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir və ümumdünya orta göstəricisini 2 dəfə üstələyir.     
                                                                         
Konfransda 26 ölkədən dəvət edilmiş nümayəndələrin 105 məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil müəssisələrinin nümayəndələri tərəfindən təqdim edilmiş məruzələr dinləniləcək.(ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

Azərbaycan təhsilində İKT-nin tətbiqi Moldovada keçirilən İKT sammitində müzakirə olundu

26-04-2013
“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013
İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır

İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır

30-08-2013
Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011
“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayır

“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayır

02-12-2013
RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

RİTN-də İnformasiya Texnologiyaları Universitetinə qəbul olunmuş tələbələrlə görüş keçirilib

30-08-2013
Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

29-04-2013
19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

31-10-2013
ABŞ-Azərbaycan Ticarət Palatasının İKT üzrə ticarət missiyasının Bakıya səfəri gözlənilir

ABŞ-Azərbaycan Ticarət Palatasının İKT üzrə ticarət missiyasının Bakıya səfəri gözlənilir

01-08-2013
Bu ilin fevralında Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

Bu ilin fevralında Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

21-01-2013
Ölkələr qlobal kibertəhlükəsizlik mövzusunu “Bakutel-2013”-də müzakirə edəcəklər

Ölkələr qlobal kibertəhlükəsizlik mövzusunu “Bakutel-2013”-də müzakirə edəcəklər

26-11-2013
Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013
Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

14-03-2014
“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

21-01-2013
Osman Gündüz : " İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir"

Osman Gündüz : " İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir"

10-04-2013
Bakı bulvarında pulsuz “Wi-Fi” sistemi tətbiq ediləcək

Bakı bulvarında pulsuz “Wi-Fi” sistemi tətbiq ediləcək

04-09-2013
Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

Rumıniyanın 4 İKT şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır

15-03-2013
Prezidentin “Facebook” səhifəsində “İKT ili” ilə bağlı suallar cavablandırılacaq

Prezidentin “Facebook” səhifəsində “İKT ili” ilə bağlı suallar cavablandırılacaq

06-06-2013
“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013
RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

01-08-2013
Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013
RİTN sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyasına başlayıb

RİTN sosial qruplar üçün rabitə xidmətləri üzrə güzəşt kampaniyasına başlayıb

07-05-2013
17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014
Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə