Previous Next
Bağla

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub

30-11-2022 17:07
İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində noyabrın 29-da İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

Xeberler.az AZƏRTAC-a istinadən bildirir ki, iclası giriş sözü ilə açan Komissiyanın sədri İlqar Musayev dünyada və regionda ümumi gərginliklər, müharibələr fonunda informasiya təhlükəsizliyinin rolunu və əhəmiyyətini xüsusi vurğulayaraq dövlət qurumlarına olan kiberhücumların aidiyyəti qurumlarla birgə daima nəzarətdə saxlanıldığını, onların analiz edildiyini və qarşısının alınması üçün tədbirlər görüldüyünü qeyd edib.

Daha sonra Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan bir sıra təkliflər; milli kriptoqrafik alqoritmin yaradılması, habelə bu sahədə milli kadrların hazırlanması mexanizmləri, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması və onlardan hərbi xidmət müddətində sahə üzrə effektiv istifadə imkanları və mexanizmlərinin araşdırılması, eləcə də informasiya texnologiyaları sahəsində yeniyetmələr üçün təlim-tədris mərkəzlərin inkişaf etdirilməsi, riyazi-kripto analitika və proqram mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının yenidən işlənilməsi, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktiv edilməsi, bir sıra şirkətlərin telekommunikasiya həllərinin istismarının informasiya təhlükəsizliyinə təhdid kimi müxtəlif ölkələrdə məhdudiyyətlərin gətirilməsi faktlarını nəzərə alaraq Azərbaycanın kritik informasiya infrastrukturlarında belə şirkət həllərinin mövcud vəziyyəti və yaratdığı mümkün təhdidlərin qiymətləndirilməsi, dövlət qurumlarında informasiya təhlükəsizliyi biliklərinin artırılması üçün həyata keçirilən “Kibergigiyena” layihəsinin tətbiq sahəsinin genişləndirilməsi, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin “Kibercinayətkarlıq haqqında” beynəlxalq tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi, bir sıra elektron informasiya ehtiyatında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması halları, BMT hesabatında Azərbaycanın mövqeyinin zəifləmə səbəbləri və müvafiq göstəricilərin inkişaf etdirilməsi, uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə provayderlərdə “təhlükəsiz internet” paketlərinin formalaşdırılmasının vacibliyi və təşviqi, informasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki şərtlərin hazırlanması, layihələrin, işlərin icrası, təhvil-təslimi üçün qəbul aktlarının nümunəvi formalarının hazırlanması, o cümlədən bir sıra xüsusi əhəmiyyətli informasiya təhlükəsizliyi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Yuxarıda qeyd olunan məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəy və təkliflərlə çıxış ediblər.

Sonda Komissiyanın sədri bütün iclas iştirakçılarına müzakirələrdə aktiv iştirakına görə təşəkkür edib və müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq istiqamətlər üzrə işçi qrupların yaradılmasının vacibliyini bildirib. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran həllini gözləyən məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda milli kriptoqrafik alqoritm yaradıla bilər

30-11-2022

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirilib

05-11-2021

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Parlamentdə keçirilmişdir

07-05-2024

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ilk iclası keçirilib

16-05-2018

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025

Strategiyanın icrası müzakirə olunub

22-11-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb

27-04-2018

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ilk kollegiya iclası keçirilib

17-05-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası sədrinin “İnternet cəmiyyəti” ilə görüşü keçiriləcək

02-02-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06-05-2024

Bakıda MDB-nin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib

17-10-2023

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası keçirilib

18-12-2024

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023

XRİTDX I yarımilə yekun vurub

20-07-2023

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

XRİTDX-də ilk yarımilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

22-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə