“İnformasiya Texnologiyaları Akademiyası” adlı maarifləndirici layihəyə start verilir

29-05-2009 / 13:26


“İRƏLİ” İctimai Birliyi Azərbaycanın müxtəlif regionlarında gənclərin, xüsusən gənc müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması məqsədilə “İnformasiya Texnologiyaları Akademiyası” adlı maarifləndirici layihəyə start verir.

Birlikdən verilən məlumata görə, Azərbaycanın müxtəlif regionlarında müəllimlərin, yeniyetmə və gənclərin kompüter və internet sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması və regionlar üzrə “İnformasiya Texnologiyaları qrupları”nın yaradılması yolu ilə 1 il ərzində təxminən 50 000 insanın bu proqrama cəlb edilməsi layihənin məqsədidir.

Layihənin tərəfdaşları “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, “HP” Şirkəti, “Microsoft” Şirkəti, “Bestcomp” Şirkəti və “Yumroo” şirkətidir.

Qeyd edək ki,layihənin açılış mərasimi  1 İyun 2009–cu il, saat 10:00–da Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetində keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə