“İnformasiya Texnologiyaları Akademiyası” layihəsi davam edir

31-08-2009 / 15:32

“İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi yeni regionları əhatə edir.

Birlikdən verilən məlumata görə, layihə avqust ayı ərzində Göygöl, Qəbələ, Oğuz, Samux rayonlarını əhatə etmişdir. Göygöl rayonu üzrə təlimlərdə iştirak edən 116 nəfərdən 104 nəfəri, Qəbələdə 136 nəfərdən 66 nəfəri, Oğuzda 140 nəfərdən 79 nəfəri, Samuxda 142 nəfərdən 129 nəfəri sertifikat alıb.

Layihə hal-hazırda Quba və Qusarda keçirilir. Layihənin açılış mərasimləri 31 avqustda keçirilib. Qubada keçirilən təlimlərin açılış mərasimi Quba şəhəri Mədəniyyət Evində keçirilib.  Mərasimdə  “İnformasiya Texnologiyaları Akademiyası” layihəsinin rəhbəri Rauf Mərdiyev, Quba Rayonu İcra Hakimiyyəti Başçısının müavini Xanımsona Əkbərova, Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev iştirak ediblər.     

Qusarda keçirilən təlimlərin açılış mərasimi Qusar rayonu 6 saylı orta məktəbin akt zalında baş tutub. Mərasimdə “İRƏLİ” İctimai Birliyinin İdarə Heyətinin üzvü Hikmət Hüseynov, Qusar Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ceyhun Hacıyev, Qusar Rayonu Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov iştirak ediblər.

Qeyd edək ki, layihənin partnyorları “İRƏLİ” İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,  “HP” şirkəti və “Microsoft” şirkətidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə