Previous Next
Bağla

İngiltərədə ilk dəfə süni insan DNT-si yaradılır

28-06-2025 10:16
İngiltərədə ilk dəfə süni insan DNT-si yaradılır

Dünyada ilk dəfə olaraq insan həyatının əsas quruluş elementlərini sıfırdan yaratmaq məqsədi daşıyan mübahisəli layihəyə start verilib.

Xeberler.az BBC-yə istinadən məlumat verir ki, Böyük Britaniyanın ən iri tibbi xeyriyyə təşkilatı olan “Wellcome Trust” bu istiqamətdə tədqiqatlara başlamaq üçün ilkin olaraq 10 milyon funt sterlinq maliyyə ayırıb. Təşkilat hesab edir ki, bu layihə müalicəsi mümkün olmayan bir çox xəstəliklər üçün yeni terapiyaların inkişafını sürətləndirərək daha çox fayda gətirə bilər.

Tədqiqatın ilk mərhələsində alimlər getdikcə daha böyük insan DNT blokları yaratmağın yollarını inkişaf etdirməyi planlaşdırırlar. Nəhayət, tamamilə süni yolla hazırlanmış bir insan xromosomu yaratmaq hədəflənir. Xromosomlar insan inkişafını, orqanizmin təmirini və saxlanmasını idarə edən genləri ehtiva edir. Bu süni xromosomlar üzərində aparılacaq tədqiqatlar DNT və genlərin bədənimizdə necə işlədiyini daha yaxşı anlamağa imkan verəcək.

Layihənin iştirakçılarından biri, Kembricdə yerləşən Molekulyar Biologiya üzrə MRC Laboratoriyasının alimi Culian Sale bildirib ki, bu tədqiqat biologiya sahəsində növbəti böyük sıçrayış olacaq: “Sərhəd yoxdur. Biz insan ömrünü sağlam şəkildə uzatmaq, yaşlanma ilə bağlı xəstəlikləri azaltmaq və insan həyatını keyfiyyətli yaşlanma ilə təmin edəcək terapiyalar üzərində işləyirik. Məsələn, zədələnmiş orqanların, qaraciyər, ürək, hətta immun sisteminin regenerasiyası üçün xəstəliyə davamlı hüceyrələr yaratmağı hədəfləyirik”, - deyə o, qeyd edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni beyin ilk dəfə düşünməyi bacarıb

03-09-2019

Alimlər texnologiya sahəsində daha bir yenilik etdi

14-08-2017

İnsan və süni intellekt məhsulları arasında fərq qoyan sistem işə salınıb

17-07-2025

İnsan beyninin tutumu internetdəki məlumatların həcminə bərabərdir

25-01-2016

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları göndərəcək

25-06-2025

DNT xəritəsi saytda…

02-05-2009

İnsan beyninə nəzarət edən cihaz

05-11-2008

Microsoft yeni bulud sistemi yaradır

24-05-2017

Süni intellekt yeni vaksin hazırlayıb

17-07-2019

2030-cu ilədək insan beyni bulud xidmətlərinə qoşulacaq

10-06-2015

TEKNOFEST-2023 başa çatıb, bu il festivalı 4,6 milyon insan ziyarət edib

02-10-2023

İnsan beyni kompüterlə birləşdiriləcək

18-07-2019

“İnsan kompüterlə inteqrasiya edilməlidir”

16-02-2017

Superkompüter ürək-damar sisteminin üçölçülü modelini yaradıb

30-03-2016

3D-printerin köməyilə saç tökülməsinə qalib gəlmək mümkün olacaq

03-07-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub

13-01-2022

Süni intellektin labüd hegemonluğu

29-08-2019

İnsan sümükləri və əzələlərinin çapı üçün 3D printer

18-02-2016

İnsan beyni üzü necə tanıyır?

05-06-2017

İnsan səsindən hipertoniyanı aşkar etmək mümkün olacaq

12-09-2024

NASA insan həyatının xilası üçün yeni texnologiyanı sınaqdan keçirib

12-05-2015

Molekulyar kompüter yaradılacaq

25-07-2019

3D bioprinter vasitəsilə işlək daxili orqan çap edilib

10-02-2016

İnsan dərisinin 3D-çapı 50 dəfə ucuz başa gələcək

19-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə