Previous Next
Bağla

İnstaqram istifadəçi yaşını müəyyən edən yeni üsullar tətbiq edir

26-06-2022 09:57
İnstaqram istifadəçi yaşını müəyyən edən yeni üsullar tətbiq edir

 İnstaqram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında "Yoti" adlı şirkətin səka alqoritmləri də var. Həmin alqoritmlər bu və ya digər fotoda əks olunmuş istifadəçinin üzünü skan edərək müəyəyn səviyyədə səhvlə onun yaşını təyin edə bilirlər. 

Xeberler.az bildirir ki, İnstaqram öz platformasından 13 yaşdan aşağı uşaqların istifadə etməsini qadağan edir. Lakin fotoservis heç zaman bu faktorun nəzarətinə ciddi şəkildə yanaşmayıb. Məsələn 2019-cu ilə kimi İnstaqram öz platformasında qeydiyyatdan keçmiş yeni istifadəçilərdən doğum tarixlərinin qeyd edilməsini belə tələb etməyib. Lakin uşaqların təhlükəsizliklərinin təmin olunması üzrə fəaliyyət göstərən təşkilatların aktivistləri tərəfindən bu məsələyə ciddi yanaşmalarından sonra fotoservis öz istifadəçi kütləsinin daha qəliz filtrasiya üsullarından istifadə etməyə başladı.

  Hazırda İnstaqram bu və ya digər istifadəçidən yaş barəsində dəqiq məlumatın təqdim edilməsini o halda tələb edir ki, istifadəçi sosial şəbəkə daxilində öz doğum tarixini redaktə etməyə çalışsın. Belə ki, bu halda istifadəçi özünü 18 və ya daha yuxarı yaş kateqoriyasına aid istifadəçi kimi qələmə vermək istəmiş ola bilər. Dəqiq yaş məlumatının əldə edilməsi yolunda sosial şəbəkə istifadəçidən şəxsiyyət vəsiqəsinin fotosunu tələb edə bilər. ABŞ-dan olan yeniyetmələr üçün bu məsələdə iki yeni variant da mövcuddur. Belə ki, yeniyetmə istifadəçilər yuxarı yaş kateqoriyaslna aid zamin tapmalı və ya süni zəka sisteminin xidmətindən istifadə etməlidirlər. Birinci variant çərçivəsində istifadəçi 18 yaşdan yuxarı 3 nəfər zamin abunəçi tapmalıdır. Bununla belə istifadəçinin özü həmin 3 nəfər abunəçiyə də abunə olmalıdır.

  İkinci variant çərçivəsində istifadəçiyə selfie formatlı videonun çəkilməsi və onun "Yoti" adlı şirkətə göndərilməsi təklif edilir. Yoti şirkətinin sözlərinə əsasən onun süni zəka alqoritmləri foto və ya videodakı şəxsin üzünü skan etməklə onun yaşını təyin edə bilirlər. Bununla belə hətta şirkət əməkdaşları da süni zəka alqoritmlərinin yekun nəticələrinin nəyə əsaslandıqlarını bilmirlər. Yoti şirkətinin alqoritmlərinin istifadəsi Britaniya hökuməti və Almaniyanın nizamlayıcı orqanları tərəfindən təsdiqlənsə də həmin alqoritmlərin nəticələri 100% dəqiq olmurlar. Buna baxmayaraq çox halda alqoritmlərin təqdim etmiş olduğu nəticələr doğru olanı əks etdirirlər. İstifadəçi yaşının təyin olunması üzrə dəqiqlik səviyyəsi skan olunan istifadəçinin real yaşından, cinsindən və dərisinin rəngindən asılıdır. Sözügedən alqoritmlərin qeydiyyatsız və pulsuz test olunmasını Yoti şirkətinin saytında reallaşdırmaq olar. Lakin şirkətin bu sisteminin həqiqətən də nə dərəcədə effektiv olduğu tam aydın deyil. 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnstaqram özünün "Sans" adlı yeni şriftini yaradıb   

İnstaqram özünün "Sans" adlı yeni şriftini yaradıb  

24-05-2022
Roblox azyaşlı istifadəçilər üçün yeni hesablar təqdim edib

Roblox azyaşlı istifadəçilər üçün yeni hesablar təqdim edib

17-06-2026
Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

25-01-2026
ChatGPT istifadəçilərdən yaş təsdiqi tələb edir

ChatGPT istifadəçilərdən yaş təsdiqi tələb edir

24-11-2025
Microsoft-dan zəka yaşınızı müəyyənləşdirən proqram

Microsoft-dan zəka yaşınızı müəyyənləşdirən proqram

02-05-2015
Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq

Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq

24-10-2024
Feysbuk və İnstaqram bu yay Avropada qadağan edilə bilər

Feysbuk və İnstaqram bu yay Avropada qadağan edilə bilər

10-07-2022
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
İnstaqramda problemlər yaranıb

İnstaqramda problemlər yaranıb

29-06-2021
“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

“İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiqlənib

31-07-2020
16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015
“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb

13-07-2021
“Instagram”da problem yaranıb

“Instagram”da problem yaranıb

03-08-2021
İnstaqram yenə bəzi ölkələrdə işləmir

İnstaqram yenə bəzi ölkələrdə işləmir

10-11-2021
Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

12-11-2025
Rusiyada feysbuk və instaqram qadağan olunub

Rusiyada feysbuk və instaqram qadağan olunub

22-03-2022
Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

Kompüterə insanın yaşını müəyyənləşdirməyi “öyrədiblər”

29-09-2008
Bakı sakinləri "Mozilla" nədir, bilirmi? - SORĞU

Bakı sakinləri "Mozilla" nədir, bilirmi? - SORĞU

10-02-2011
Yaponlar mausu ultrasəslə əvəz etməyi təklif edirlər

Yaponlar mausu ultrasəslə əvəz etməyi təklif edirlər

04-09-2008
WhatsApp bu şəxslər üçün qadağan edilir

WhatsApp bu şəxslər üçün qadağan edilir

25-04-2018
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

08-06-2026
Yeni bir sistemin köməyilə reklamverənlər auditoriyanı öyrənə biləcəklər

Yeni bir sistemin köməyilə reklamverənlər auditoriyanı öyrənə biləcəklər

30-10-2009
Yaponiyada  siqareti kimə satacağına xüsusi cihaz qərar verəcək

Yaponiyada siqareti kimə satacağına xüsusi cihaz qərar verəcək

31-03-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə