Oyun platforması Roblox azyaşlı istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə yaş qruplarına əsaslanan yeni hesab növlərini qlobal miqyasda istifadəyə verib.
Xeberler.az-ın məlumatına görə, yeni sistemə əsasən, 5-8 yaşlı uşaqlar üçün nəzərdə tutulan “Roblox Kids” hesablarında söhbət funksiyası standart olaraq deaktiv edilir. 9-15 yaşlı istifadəçilər üçün yaradılan “Roblox Select” hesablarında isə platformaya çıxış imkanları istifadəçinin yaşına uyğun mərhələli şəkildə genişləndirilir.
Şirkət bildirib ki, valideynlər övladlarının dost siyahısını idarə edə, etibarlı dostluq sorğularını təsdiqləyə, ekran vaxtı və xərcləmə limitləri təyin edə biləcəklər. Həmçinin, 16 yaşına qədər uşaqlar üçün çat və oyunlara giriş parametrlərini tənzimləmək mümkün olacaq.
Roblox-un tam funksiyalarından istifadə etmək istəyən 16 yaş və yuxarı istifadəçilər şəxsiyyət vəsiqəsi və ya üz tanıma texnologiyası vasitəsilə yaş təsdiqi prosesindən keçməlidirlər. Sosial media bağlantıları da yalnız yaşını təsdiqləmiş 16 yaşdan yuxarı istifadəçilər üçün əlçatan olacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları