Previous Next
Bağla

İnternet hüquqlarına dair elektron kitablar təqdim edilib

24-11-2015 11:42
İnternet hüquqlarına dair elektron kitablar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Elektron inteqrasiya: informasiya cəmiyyətinin inkişafına ictimai dəstəyin gücləndirilməsi” layihəsi çərçivəsində Avropaya İnteqrasiya Mərkəzi tərəfindən yaradılan www.e-integration.az saytı internet hüququ üzrə pulsuz elektron hüquq və informasiya xidmətlərini davam etdirir.

Xeberler.az-ın məlumatına görə, saytda internet istifadəçiləri üçün faydalı olan “İnternet hüququ və etikası” və “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitablarının elektron versiyaları dərc olunub. Hər iki kitabın müəllifi AMEA-nın beynəlxalq hüquq üzrə doktorantı Səyyad Məcidli, elmi redaktoru BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədovdur.

“İnternet hüququ və etikası” kitabında kiberməkanın hüquqi və etik problemlərindən, internetdə insan hüquqları, o cümlədən informasiya hüququ, elektron xidmətlərin tənzimlənməsindən bəhs edilib, şəbəkə hüququnun cəmiyyətimiz üçün maraqlı olan tərəfləri araşdırılıb. Kitabda ölkəmizin qarşısına qoyduğu strateji məqsədlərin -e-dövlət, açıq hökumət, elektron imza və elektron sənəd dövriyyəsi, e-ticarət hüququ, informasiya təhlükəsizliyi və özünütənzimləmə, habelə kibercinayətkarlığa qarşı beynəlxalq mübarizə məsələlərinə də diqqət yetirilib.

Saytda həmçinin ölkəmizin media qanunvericiliyinin müasir beynəlxalq hüquq normaları ilə qarşılıqlı əlaqəsi və beynəlxalq media hüququnun aktual problemlərindən bəhs edən “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabının da elektron versiyası yerləşdirilib.

Elektron vəsaitlər internet istifadəçiləri, hüquqşünaslar, media peşəkarları, ali məktəb tələbələri və ümumilikdə bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulub. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019

Azərkosmosun əməkdaşı Beynəlxalq Kosmos Hüququ İnstitutuna üzv seçilib

12-10-2022

E-maliyyə üzrə tanınmış ekspert Bakıdadır

05-10-2017

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dəyişiklik

09-09-2014

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

01-08-2023

“Elektron xidmətlərin təşkili və hüquqi tənzimlənməsi” mövzusunda seminar keçirilib

15-04-2013

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Nazir Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib

12-03-2021

NRYTN-nin hüquq şöbəsinə yeni müdir təyin edilib

16-07-2021

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

MM BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

28-01-2026

Azərbaycanda elektron cinayət təqibi ilə bağlı məsələlər müzakirə edilib

01-03-2024

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017

Prezidentlə razılaşdırmaqla elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflər təsdiq ediləcək

04-09-2021

“Onlayn media 2014” müsabiqəsi başlayır

16-09-2014

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015

“İnformasiya təhlükəsizliyi” jurnalının ikinci sayı çapdan çıxıb

04-11-2015

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

16-11-2016

Hüquq və rəqəmsallaşma mövzusunda seminar keçirilib

07-09-2019

NMR dövlət qurumları İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulacaq

10-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə