Previous Next
Bağla

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015 12:58
“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

Regional İnsan Hüquqları və Media Mərkəzi region sakinlərinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması məqsədi ilə 6 rayonda seminar keçirib.

Xeberler.az məlumat verir ki, Naftalan, Bərdə, Goranboy, Tərtər, Yevlax və Ağdam rayonlarında keçirilən seminarlarda 208 nəfər iştirak edib.  

Keçirilən seminarların məqsədi ilə bağlı məlumat verən Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov bildirib ki, "Elektron hökumət"in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə  köməkliklərin göstərilməsi"  layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
 
Xalid Kazımov bildirib ki, bu gün geniş tətbiq olunan "Elektron hökumət"in vətəndaş üçün bir sıra üstünlüyü var:
 
“Yaradılan xidmətlər həm də vətəndaşlara  problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompüter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda əhalinin elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac var. Bizim də məqsədimiz odur ki, region sakinlərinə respublikamızda ayrı-ayrı dövlət qurumlarının "Elektron hökumət" portalı və öz internet səhifələri vasitəsilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı ətraflı məlumat verək”.
 
Daha sonra məruzə ilə çıxış edən ekspert Ələsgər Məmmədli ayrı-ayrı dövlət qurumlarının "Elektron hökumət” portalı və öz internet səhifələri vasitəsilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib:
 
 “Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. İndiyədək 455 elektron xidmət təsdiq edilib və 340 xidmət "Elektron hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunub. Dövlət qurumlarının saytlarında 507 elektron xidmət göstərilir. "Elektron hökumət" portalı vasitəsi ilə  431 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.
 
Daha sonra Ələsgər Məmmədli "Elektron hökumət" portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərdi. Həmçinin, mövzu ilə bağlı seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
Qeyd edək ki, seminar iştirakçılarına, həmçinin tədbir keçirilən rayon sakinlərinə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən hazırlanan "Elektron hökumət"dən sən də yararlan!” adlı buklet paylanılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

Məcburi köçkün məktəblərində Elektron hökumət təbliğ edilib

08-06-2019

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Bərdə və Tərtərdə e-hökumətlə bağlı seminar keçirilib-Foto

25-10-2016

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

Bölgələrdə “Elektron hökumət” mövzusunda seminarlar keçiriləcək

20-10-2016

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

DSMF-yə vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb

22-01-2015

Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı Təkliflər

08-08-2014

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016

“Elektron hökumət” portalına 85 qurum qoşulub

09-09-2015

Elektron xidmətlərin sayı artır

27-07-2012

Rəqəmsal hökumət proqramının ikinci mərhələsi başa çatıb

22-07-2019

Televiziyada e-hökumətlə bağlı proqram başladı

04-11-2017

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçiriləcək.

24-06-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə