Previous Next
Bağla

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012 11:23
Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda təlimlər başa çatıb.

Xeberler.az-ın məlumatına görə, təlimlər Mərkəz tərəfindən gerçəkləşən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilir.

Təlimlərin başa çatması ilə bağlı iştirakçılara sertifikatların təqdimetmə mərasimi keçirilib.

Multimedia Mərkəzinin direktoru, adı çəkilən layihənin rəhbəri Osman Gündüz çıxış edərək layihə haqqında və təlimlər haqqında məlumat verib. O, layihənin məqsədinin ölkədə təhsilin inkişafına kömək etmək olduğunu bildirib.

ÜSAİD-in əməkdaşı Ülvi İsmayıl, İREX-in Yeni Media Proqramının rəhbəri Angela Nicoara və bu qurumun hüquqşunası Ələsgər Məmmədli çıxış edərək Layihənin gerçəkləşməsi nəticəsində əldə olunan bilik və bacarıqların tədris prosesində faydalı olacağını vurğulayıblar. Onlar ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrin dəstəklənməsində maraqlı olduqalrını bildiriblər.

Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev də sertifikatların təqdim edilməsində iştirak edib.

Təlimlərdə 25 məktəbdən 30 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib. Təhsil Nazirliyinin “Eelektron məktəb” Layihəsinə qoşulan məktəblərin müəllimləri üstünlük təşkil edib.

Beş gün davam edən təlimdə müəllimlər müxtəlif sosial servislərdən (foto, audio və video servislər, coğrafi servislər, kollektif redaktə imkanı verən servislərdən , mobil servislərdən və s.) tədris məqsədilə istifadə sahəsində, o cümlədən bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması sahəsində, sosial internetdən və təhlükəsiz internetdən təhsil məqsədləri üçün səmərəli istifadə sahəsində bilik və bacarıqlar ələdə ediblər. Təlimlərdə müəllimlərə nəzəri biliklərlə verilməklə bərabər daha çox praktiki bacarıqların formalaşmasına diqqət yetirilib.

Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarbəyova, Almaz Həsrət, Osman Gündüz, İlqar Mirzə və Rəşad Əliyev tərəfindən aparılıb.

Layihənin gələcəkdə digər təhsil müəssisələri və digər fənn müəllimlərinin də əhatə etməklə davam etdirilməsi nəzərdə tutulub.

Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində gerçəkləşir. Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.



 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

10-04-2012

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda təlimlər başlayır

23-04-2013

İnternet texnologiyaların, sosial servislərin tədris prosesində rolu mövzusunda Təlimlər başlayıb

30-04-2013

Sosial servislərin tədris prosesində rolu ilə bağlı müzakirələr və təlimlər keçiriləcək

27-03-2012

“Müəllimlər üçün sosial servislər” kitabının Təqdimatı keçirilib

07-12-2012

“Sosial servislərin tədris prosesində rolu” mövzusunda Dəyirmi Masa keçiriləcək

04-04-2012

İnternet texnologiyaların , sosial servislərin tədris prosesində rolu mövzusunda Dəyirmi Masa keçirilib

05-04-2012

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012

İKT üzrə təlimlər keçirilib

02-10-2018

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir

12-02-2019

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlər üçün Təlimlər keçirilir.

24-10-2013

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Azercell müəllimlər üçün İKT təlimləri keçirib

22-12-2015

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

16-03-2026

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

Jurnalistlər üçün keçirilən təlimlər başa çatdı

28-10-2013

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018

Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18-11-2011

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə