iPad planşetləri Viber messencerini dəstəkləməyə başlayıb

30-06-2015 / 15:20

Dünyanın ən populyar messencerlərindən biri Viber yenilənərək iPad planşetlərini tam dəstəkləməyə başlayıb.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Windows, OS X, Android, Windows Phone, BlackBerry və Symbian əməliyyat sistemlərinin istifadəçiləri uzun müddətdir messencerin istənilən əlavəsindən istifadə etməklə dünya üzrə pulsuz zənglər etsələr də, iPad sahibləri bu imkandan yararlanmaqdan kənarda qalmışdı.

Messencerin App Store əlavələr mağazasında yerləşdirilməsindən beş il ötüb və yenilənmə sayəsində Viber-in bütün funksiyalarından iPad planşetlərində tam istifadə mümkün olub.

Viber-in son versiyasını bu linkdən yükləmək olar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə