iPad 2: inqilab baş tutmadı

06-03-2011 / 15:46

 ABŞ-ın "Apple" korporasiyası iPad 2 planşet kompüterini təqdim edib.

"Apple"nin prezidenti Stiv Cobsun dediyinə görə, iPad 2 ABŞ-da martın 11-də, dünyanın 26 ölkəsində isə martın 25-də satılmağa başlanacaq. MDB ölkələri, o cümlədən Azərbaycan "Apple"nin satış siyahısında olmadığı üçün yerli iPad fanatları ya çox gözləməli, ya da xarici ölkələrdən birinə yollanan tanışların iPad alıb göndərməsinə ümid etməli olacaqlar.

Ötən ili tam mənada iPad ili saymaq olar: 2010-cu ilin aprelindən dekabra qədər 15 milyon belə kompüter satılıb. Dünya planşet kompüterləri satışları seqmentində isə "Apple"nin payı 90 faizdir. iPad üçün indiyədək 65 mindən artıq proqram və əlavə buraxılıb.

iPad 2 kompüteri isə ikinüvəli prosesor əsasında ilk planşetdir. O, 1 qeqahers tezliklik A5 prosesoru əsasında işləyir və sonucda iPad 2-nin sürəti iPad-dan iki dəfə artıqdır. Qrafik sistemin sürəti isə əvvəlki iPad-la müqayisədə 9 dəfə çoxdur.
Bundan başqa, iPad-2 kamera ilə də təchiz olunub.

Mütəxəsssilər hesab edirlər ki, bütün bunlara rəğmən, "Apple"nin yeni məhsulu gözləntiləri doğrultmayıb. Çünki milyonlarla kompüter istifadəçisi Stiv Cobsun korporasiyasından gerçək inqilab gözləyirdilər./// milli.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə